İşçilərin əmək hüquqlarını pozan 3 şirkət böyük məbləğdə cərimələndi - ADLARI
Vətəndaşların əmək hüquqlarının pozulması halları ilə bağlı vətəndaşlardan və ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmışdır.
Marja.az Baş Prokurorluğa istinadən xəbər verir ki, araşdırma zamanı “Holidays Tour” MMC hüquqi şəxsi və onun vəzifəli şəxsi tərəfindən vətəndaşların əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi, “İnam 2019” MMC-nin vəzifəli şəxsi tərəfindən isə əməyin mühafizəsi qaydalarının pozulması, “Alıoğlu Construction” MMC-nin vəzifəli şəxsi və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ə.Məmmədov tərəfindən isə işçilərin əmək haqqının ödənilməsi zamanı qanun pozuntularına yol verilməsi halları müəyyən edilmişdir.
Qeyd olunan hüquqpozmalar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1, 192.4 və 198.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və müvafiq səlahiyyətli quruma göndərilmişdir.
Səlahiyyətli qurum və müvafiq rayon məhkəmələrinin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində, vəzifəli şəxslər isə 5 min manatadək müxtəlif məbləğlərdə inzibati qaydada cərimə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























