Çin “Bir Kəmər və Bir Yol”un növbəti 10 ildə fəaliyyət planını açıqlayıb
Çin hökuməti “Bir Kəmər və Bir Yol” təşəbbüsünün növbəti 10 ildə inkişafı üçün baxış və fəaliyyət planını açıqlayıb.
Marja xəbər verir ki, planda Çinin yaxın 10 ildə əlaqə layihələri ilə qlobal azad ticarətin inkişafına töhfə verməyə davam edəcəyi, yeni dövrdə nəqliyyat və infrastrukturla yanaşı, rəqəmsal iqtisadiyyat, "yaşıl" inkişaf və səhiyyə sahələrində innovasiya yönümlü layihələrlə də əməkdaşlıq sahələrinin genişləndiriləcəyi qeyd edilib.
Planda layihə investisiyalarında Çinin milli valyutası olan yuanın istifadəsinə üstünlük veriləcəyi, yuana əsaslanan maliyyə alətlərindən istifadənin artırılacağı bildirilib.
Planda “Bir Kəmər və Bir Yol” un mühüm “beynəlxalq əməkdaşlıq” olacağı bildirilir.
Çin Dövlət Şurasının “Bir Kəmər və Bir Yol”un 10-cu ildönümü ilə bağlı dərc etdiyi hesabata görə, Çin ilə təşəbbüsdə iştirak edən ölkələr arasında ticarət həcmi 2013-2022-ci illər arasında illik orta hesabla 6,4 faiz artaraq 19,1 trilyon dollara çatıb.
Sözügedən dövrdə ikitərəfli investisiyalar 380 milyard dollara çatıb ki, bunun da 240 milyard dollarını Çin öz üzərinə götürüb.
“Bir Kəmər və Bir Yol” təşəbbüsü ilk dəfə 2013-cü ildə Çin sədrinin Qazaxıstana səfəri zamanı elan edilib. Tarixi İpək Yolu üzərində Şərq-Qərb ticarətini canlandırmaq məqsədi ilə 10 il ərzində layihədə 150-dən çox ölkə və beynəlxalq təşkilat iştirak edib.
Dünya əhalisinin üçdə ikisini əhatə edən coğrafiyada həyata keçirilən infrastruktur, enerji, nəqliyyat, rabitə və digər əlaqə layihələri yüksələn güc kimi Çinin qlobal strategiyasının əsasını təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






