Naxçıvan Səhiyyə Nazirliyi jurnalistlər üçün media-tur təşkil edib - ilk endoprotez əməliyyatı icra olunacaq

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi jurnalistlər üçün Naxçıvana media tur təşkil edib. Tur çərçivəsində Naxçıvana 15 jurnalist səfər edib. Media turun əsas məqsədi jurnalistləri və ictimaiyyəti Naxçıvan səhiyyəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər və gələcək planlarla yaxından tanış etmək olub.
KİV nümayəndələri öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, gül dəstələri qoyublar.
Sonra jurnalistlər Ordubad rayon Mərkəzi Xəstəxanası və Ordubad Ailə Sağlamlıq Mərkəzində olublar. Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov media nümayəndələrini sözügedən tibb müəssisələrində yaradılan şərait, bu müəssisələrin təchiz olunduğu müasir avadanlıqlar və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün görülən tədbirlər barədə məlumatlandırıb.
Samiq Sadıxov Ordubad rayon Mərkəzi Xəstəxanasında yaxın günlərdə iki endoprotez əməliyyatının həyata keçiriləcəyini və bu əməliyyatların Ordubad rayon Mərkəzi Xəstəxanasında bir ilk olduğunu vurğulayıb. Əməliyyatları həyata keçirəcək həkim, travmatoloq Elşən Paşayev jurnalistlərlə görüşüb və onların suallarını cavablandırıb.
Qeyd edək ki, Ordubad rayon Mərkəzi Xəstəxanasında ilk endoprotez əməliyyatı icra olunacaq xəstə 2023-cü ilin antiterror əməliyyatlarında şəhid olan baş leytenant İbrahim Qasımovunatası Culfa rayon Ərəfsə kənd sakini 1962-ci il təvəllüdlü Malikəjdər Qasımovdur. Jurnalistlər ona da baş çəkib, şəfa diləyiblər.
Daha sonra xəstəxananın həyətində "Bir şəhid, bir çinar" aksiyası çərçivəsində şəhidlərin əziz xatirəsinə QR kodlu bağsalma aksiyası baş tutub. Ağacəkməyə Samiq Sadıxov və media turda iştirak edən jurnalistlər də qoşulub. Ordubad Rayon Mərkəzi Xəstəxanasının ərazisində rayonun 57 şəhidinin adına çinar ağacları əkilib. Hər bir ağacın yanında şəhidin şəkli, adı, soyadı və ata adı olan məlumat lövhələri, həmçinin QR kodlar yerləşdirilib. Bu kodlar vasitəsi ilə hər bir şəhid haqqında ətraflı məlumat əldə etmək mümkündür.
Daha sonra media nümayəndələri Naxçıvan Sağlamlıq Mərkəzi və Naxçıvan Muxtar Respublika Xəstəxanasına baş çəkib, yaradılan şəraitlə yaxından tanış olub, onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər. Naxçıvan Mərkəzi Xəstəxanasının önündə xatirə şəkli çəkilib.
Xəstəxanalar üzrə tur başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən icra edən Samiq Sadıxov mətbuat nümayəndələrini nazirlikdə qəbul edib. O, səhiyyə sahəsində tətbiq olunacaq innovativ həllər, 2024–cü ildə həyata keçiriləcək layihələr və planlar barədə ətraflı məlumat verib. Həmçinin son 6 ay ərzində səhiyyə sahəsinin inkişafı istiqamətində həyata keçirilən islahatlar, görülən işlər barədə iştirakçılara hesabat xarakterli təqdimat edib, görüşün sonunda suallar cavablandırılıb.
Səfərin yekununda jurnalistlər Duzdağ Fizioterapiya Mərkəzində də olublar. Onlar Naxçıvan duz mədəni bazasında yaradılan bu terapiya mərkəzinin astma, allergiya və bronxial xəstəliklərdən əziyyət çəkən şəxslər üçün möcüzəvi təsiri barədə məlumatlandırılıb. Jurnalistlər Mərkəzin beynəlxalq xidmət sertifikatı ilə təmin olunması istiqamətində aparılacaq yenidənqurma işləri və nəzərdə tutulan yeniliklər barədə maraqlanıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
