Ən böyük kriptovalyuta birjası şirkətinin rəbəri istefa verib - 4,3 MİLYARD DOLLAR ÖDƏNİLƏCƏK
Binance-ın Baş direktoru Changpeng Zhao ABŞ-da irəli sürülən şantaj və fırıldaqçılıq ittihamlarını qəbul edib və istefa verib. Məlumata görə, Binance 4,3 milyard dollar ödəyəcək.
ABŞ hökuməti dünyanın ən böyük kriptovalyuta birjası şirkəti olan Binance-ın baş direktoru Changpeng Zhao, saxta pul köçürmələri və bank fırıldaqları ittihamlarını etiraf etdikdən sonra istefa verib.
Marja xəbər verir ki, ABŞ hökuməti Binance-ın çirkli pulların yuyulması, bank sirri və və sanksiya qanunlarını pozduğuna görə ümumilikdə 4,3 milyard dollar təzminat ödəyəcəyini açıqlayıb.
Açıqlamada, Binance-nin qeyri-qanuni pul köçürmələri və təhlükəsizlik qanunlarına əməl etməyərək bir sıra qeyri-qanuni fəaliyyətlərin birja platformasında sərbəst ticarət etməsinə icazə verdiyi bildirilib.
ABŞ Baş Prokuroru Merrik Qarland Binance-ın fırıldaqları törətdiyini və Binance-ın indiyə qədər tətbiq edilən ən böyük cəzalardan biri olan 4,3 milyard dollar ödəməli olduğunu deyib.
Binance-ın süni ticarət həcmi yaratdığı, müştərilərin vəsaitlərini icazəsiz istifadə etdiyi də aşkar olunub.
Çin əsilli və 12 yaşında Kanadaya mühacirət edən Binance-ın Baş direktoru Zhao istefa verməyə və 50 milyon dollar ödəməyə razı olub.
Zhao 2017-ci ildə Binance-ı qurub və onu qlobal kriptovalyuta bazarının aparıcı mərkəzinə çevirib. Şirkət ABŞ-da aparılan araşdırmalardan çətinlik çəkdiyi üçün bu il bəzi işçilərini işdən çıxarıb.
Razılaşma Zhaoya Binance-da bəzi səhmləri saxlamağa imkan verəcək, lakin o, şirkətdə icraçı vəzifəni üzərinə götürə bilməyəcək.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
- 10 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
10 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
13 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
-
13 saat əvvəl
Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
-
13 saat əvvəl
"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
