Zimbabvedə qadınlar bankı təsis edilib
"Zimbabvedə hətta qadınlar bankı da təsis edilib. Ölkədə qadın məsələləri ilə bağlı ayrıca nazirliyin olması da hökumətin bu məsələyə necə yanaşmasının göstəricisidir".
Bunu Qadın İşləri üzrə İcma, Kiçik və Orta Müəssisələrin İnkişafı naziri Mutsvangva Monika noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.
"Biz dövlət səviyyəsində qadınların hüquqlarına çox böyük əhəmiyyət verdiyimizi bu şəkildə nümayiş etdiririk. Qadınlar bankı da ölkəmizdə təsis edilib. Ölkədə qadın məsələləri ilə bağlı ayrıca nazirliyin olması da hökumətin bu məsələyə necə etinayla yanaşmasının göstəricisidir. Bütün vəzifələrdə, xüsusilə qərarverici orqanlarda qadınların təmsil olunması bizim üçün vacibdir. Zimbabve Respublikasının Prezidenti ilk dəfə olaraq Baş Prokuror vəzifəsinə qadın təyin etmişdir və bir sıra yüksək vəzifələr qadınlara həvalə olunub. Səhiyyə xidmətləri də Zimbabvedə qadınlar üçün yüksək səviyyədə təmin olunur.
Kənd təsərrüfatında da böyük islahatlar aparılıb. Qadınlara həyata keçirilən islahatlar nəticəsində torpaq sahələri verilib. Qadınların kənd təsərrüfatında iştirakı Qadın Fermerlər Assosiasiyasını da bu işə cəlb edib. Bu da kənd yerlərində qadın fermerlərin gəlirinin artmasına gətirib çıxarıb",-deyə əlavə edib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti














.jpg)







