Qlobal bazarlarda dolların ucuzlaşması davam edir
FED-in faiz artırması sona çatdığı proqnozu ilə səhmlər bahalaşır və dollar dəyər itirir.ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrində ən yüksək səviyyəyə çatması fikri, bu həftə də bazarlarda hakim mövzu olmaqda davam edir.
Marja xəbər verir ki, birjalar həftəyə müsbət başlasa da, dollar dəyər itirir.
Yaponiyanın Nikkei 225 fond indeksi bu səhər 33 ilin ən yüksək səviyyəsini sınaqdan keçirib. Hong Kong Hang Seng və China CSI 300-ün yüksəlməsi nəticəsində MSCI Asia Pacific Index son iki ayın ən yüksək səviyyəsində bağlanmağa hazırlaşır.
Cümə günü 4500 bəndi keçən S&P 500-də fyuçerslər düz tendensiyadadır.
Dollar inkişaf etmiş ölkələrin valyutaları qarşısında dəyər itirir. Cümə günü 0,4 faiz ucuzlaşan Bloomberg Dollar İndeksi bu səhər 0,2 faiz ucuzlaşıb və 1242-yə düşüb. Dollar İndiksi isə 0,23% düşərək 103.68-ə geriləyib. İnkişaf etməkdə olan ölkələrin valyutalarının dollar qarşısında performansını ölçən MSCI EM FX İndeksi fevral ayından bəri ən yüksək səviyyəyə çatıb.
Çin Xalq Bankı gündəlik istinad məzənnəsini artırdıqdan sonra ofşor yuan avqust ayından bəri dollar qarşısında ən güclü səviyyəsinə çatıb. ABŞ istiqrazlarının gəlirləri də yüksək risk iştahı səbəbindən azalır. 10 illik istiqrazlar üzrə gəlirlilik 4,445 faizdir.
"Pacific Investment Management Company", Yaponiya Mərkəzi Bankının pul siyasətini sərtləşdirmək üçün daha çox təzyiqlə üzləşəcəyi səbəbiylə yen almağa başladığını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























