Airbnb süni intellekt şirkətini 200 milyon dollara aldı
Airbnb, Siri-nin həmtəsisçisi Adam Cheyer və Siamak Hodjat tərəfindən qurulan süni intellekt şirkəti GamePlanner.AI-ni 200 milyon dollara satın alıb.
Yaşayış evlərinin kirayəsi xidmətləri göstərən onlayn texnologiya platforması Airbnb, süni intellekt şirkəti GamePlanner.AI-ni 200 milyon dollara aldığını açıqlayıb.
Marja xəbər verir ki, Airbnb-nin həmtəsisçisi və baş direktoru Brayan Cozef Çeski bildirib ki, GamePlanner komandası diqqətini seçilmiş süni intellekt layihələrinin sürətləndirilməsinə və inteqrasiyasına yönəldəcək.
O, əlavə edib: “Süni intellekt hər hansı digər texnologiyadan daha sürətli dəyişəcək, lakin biz onun insanlıq üçün müsbət imkanlar yaradacağına əmin olmalıyıq. Mən inanıram ki, Adam və onun komandası ilə (GamePlanner.Aİ) birlikdə süni intellekt üçün ən yaxşı interfeyslərdən bəzilərini inkişaf etdirə bilərik".
Çeski bu yaxınlarda Airbnb üçün süni intellektlə bağlı məqsədləri açıqlayıb və deyib ki, o, səyahətçilər haqqında məlumata malik və onlara uyğunlaşan səyahət məsləhətçisi yaratmaq üçün süni intellektdən istifadə etmək istəyir.
GamePlanner.AI-nin həmtəsisçilərindən biri olan Adam Cheyer, Apple tərəfindən alınan süni intellekt köməkçisi Siri-ni inkişaf etdirən şirkətin qurucusu və əvvəllər Apple-da iPhone qrupunda direktor vəzifəsində çalışmış mühəndis idi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 d. əvvəl
"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək
- 13 d. əvvəl
-
-
23 d. əvvəl
Azərbaycanın mühəndislik şirkəti 10 milyon manatdan çox xalis mənfəət əldə edib
- 37 d. əvvəl
-
45 d. əvvəl
AYİB: ABŞ tarifləri Azərbaycanda ən çox alüminium ixracına təsir edib
- 47 d. əvvəl
-
54 d. əvvəl
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
1 saat əvvəl
Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ
-
1 saat əvvəl
Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI
Son Xəbərlər

"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək

"Port Baku"nun yanında metro stansiyası olacaq

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti 72 dolları keçib

Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ

Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb
Ən çox oxunanlar

BYD Avropada Tesla-nı ardıcıl ikinci aydır geridə qoyur

Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Tramp: "Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur?"

“Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüş olub

“Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüş olub
