"Hazırda Manat təzyiq altındadır"
"Hazırda valyuta bazarında artıqlığı, təklifinin yüksək olduğunu nəzərə alsaq, Manat təzyiq altındadır (bahalaşma istiqamətində - red)".
Marja.az-ın məlumatına görə, bunu keçirilmiş mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
"Əksər suallar Manatın dəyərinin düşməsi ehtimalı ilə bağlı olur. Əslində biz son 2 ildə Manatın kəskin möhkəmlənməsinin qarşısını almağa çalışmışıq. İqtisadi sabitliyin təmin edilməsi üçün hədəflədiyimiz sabit məzənnə rejimi davam edir. Mərkəzi Bank daxili valyuta bazarına alışyönlü müdaxiləsini daha da artıraraq izafi xarici valyuta kütləsini almağı davam etdirəcəkdir",- Kazımov deyib.
Dünən Mərkəzi Bankın yaydığı press-relizində qeyd edib ki, profisitli xarici ticarət balansı şəraitində (9 ayda 13.9 milyard ABŞ dolları) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələmişdir. Bu səbəbdən 10 ayda Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1 milyard 247.9 milyon ABŞ dolları təşkil etməklə alışyönlü olmuşdur.
"Cari ilin qalan dövründə valyuta təklifi tələbi üstələdiyi halda Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxiləsi daha da arta bilər. Bu isə pul təklifinin iki rəqəmli (20%-dan artıq) artımına səbəb ola bilər. Pul bazasının artımı isə növbəti illər üzrə inflyasiyaya artırıcı təsir edə bilər. Mərkəzi Bankın müdaxiləsi və pul siyasətinin yumşaldılması qərarı mövcud sabit məzənnə rejimi çərçivəsində manatın möhkəmlənməsinin qarşısını almağa xidmət edəcək",- Mərkəzi Bank bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















