"PAŞA Bank Gürcüstan"da yeni təyinat
Pərvin Məmmədov PAŞA Bank Georgia-nın İdarə Heyətinin üzvü və Baş Maliyyə direktoru təyin edilibPAŞA Bank Georgia-nın Müşahidə Şurasının qərarı ilə Pərvin Məmmədov 2023-cü ilin oktyabr ayından etibarən PAŞA Bank Georgia-nın İdarə Heyətinin üzvü və Baş Maliyyə direktoru vəzifəsinə təyin edilib.
Məlumat üçün bildirək ki, Pərvin Məmmədov, bakalavr təhsilini 2009-cu ildə Türkiyənin 9 Eylül Universitetinin biznes idarəçiliyi fakültəsində, magistr təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi üzrə alıb.
Maliyyə sektorunda geniş təcrübəyə malik olan Pərvin Məmmədov karyerasınının ilk dövrlərində Rabitə Bank ASC-də və KredAqro BOKT-da çalışıb. O, 2012-ci ilin aprel ayından etibarən fəaliyyətini Kapital Bank-da direktor vəzifəsində davam etdirib.
Pərvin Məmmədov PAŞA Bank Georgia-ya 2023-cü ilin oktyabr ayında İdarə Heyətinin üzvü və Baş Maliyyə direktoru kimi qoşulub.
PAŞA Bank Georgia sığorta, əmlakın inkişafı, tikinti, turizm və digər sektorlarda fəaliyyət göstərən şaxələndirilmiş investisiya qrupu olan PAŞA Holdinqin bir hissəsidir.
Xatırladaq ki, PAŞA Bank Gürcüstanda 2013-cü ildən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























