“Daşkəsən Dəmir Filiz” MMC-yə xarici səhmdarın cəlb edilməsi planlaşdırılır
“Daşkəsən Dəmir Filiz” MMC-yə yeni səhmdarın cəlb edilməsi üçün xarici investorların təkliflərinə baxılır.
Bunu “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov Beynəlxalq Geologiya-Mədənçilik Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 7 il əvvəl fəaliyyətə Daşkəsən rayonunda yerləşən təkcə “Çovdar” qızıl yatağının istismarı ilə başlanılsa da, bu gün həmin yatağın bazasında 1 regional emal sahəsi, 3 qızıl və 1 dəmir mədəni, eləcə də yeni əlvan və qara metal filizi yataqlarının istismarına hazırlıq işləri görülür.
Sədr müavini bildirib ki, gələcəkdə hədəflənən digər irimiqyaslı layihə “Filizçay” polimetal yatağının istismara verilməsidir:
"Ölkəmizin şimalında yerləşən yataq qızıl, gümüş, mis, sink, qurğuşun kimi əlvan metallarla zəngindir. Hazırda metallurji təqdiqatların davam etdiyi “Filizçay” tərkibində olan filiz ehtiyatlarının həcminə görə dünyanın ən iri polimetal yataqları sırasında öncül yerlərdə qərarlaşıb. Biz “Filizçay” layihəsinin icrası istiqamətində də faydalı əməkdaşlıq modeli yaratmağı düşünürük. Həmçinin Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Ortakənd” qızıl mədəni layihəsi də xarici investisiyaya açıq perspektivli layihələrimizdən biridir".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 24 d. əvvəl
- 28 d. əvvəl
- 33 d. əvvəl
-
44 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyulun 1-də gözlənilən hava şəraiti
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
Ən çox oxunanlar
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb































