"Mərkəzi banklar iqtisadi proqnozlarda 100% səhv edirlər"
JPMorgan Chase-in baş direktoru Ceymi Dimon mərkəzi bankları iqtisadi proqnozlarında "100 faiz səhv" etdiklərinə görə tənqid edib. O, "Gələn il baş verə biləcəklər barədə çox ehtiyatlı olardım" deyib.
Amerikanın qlobal maliyyə xidmətləri şirkəti "JPMorgan Chase"in Baş direktoru Ceymi Dimon (Jamie Dimon), iri mərkəzi bankların son vaxtlar pauza rejimində (gözləməkdə) olmalarını nəzərə alaraq, inflyasiyanın düşəcəyi proqnozu ilə sabit qalmağın iqtisadiyyat üçün təhlükələri barədə xəbərdarlıq edib.
Marja xəbər verir ki, ABŞ-ın ən böyük bankının sədri Dimon Ər-Riyadda Gələcək İnvestisiya Təşəbbüsü sammitində panel müzakirəsi zamanı deyib: "Mərkəzi bankların bir çox proqnozlarının 100 faiz səhv olduğunu qeyd etmək istərdim. Gələn il baş verə biləcəklər barədə çox ehtiyatlı olardım".
2022-ci ildə ABŞ Mərkəzi Bankı (FED) proqnozlarında inflyasiyanın artımının "müvəqqəti" olacağını israr edirdi, lakin inflyasiya qalıcı olub.
"Mən ehtiyatlıyam", -Dimon əlavə edib. O, mərkəzi bankların və hökumətlərin bütün bunları idarə edə biləcəyinə dair "hər şeyə qadir olduqları mesajı vermələrini" tənqid edib.
"Wall Street"in böyük hissəsi Fed-in 2023-cü ilin sonuna qədər faiz dərəcələrini daha bir dəfə artırıb artırmayacağına yönəlib. Bununla belə, Dimon, "Faizlərin 0,25 bənd artırılıb artırılmamasının fərq etməyəcəyini düşünmürəm... Sıfır kimidir" deyib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
10 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
12 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
13 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
13 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
