Spotify istifadəçilərinin sayı 26 faiz artaraq 574 milyona çatıb - GƏLİRLƏRİ DƏ ARTIB
Spotify bu ilin üçüncü rübündə gəlirlərini 11 faiz artıraraq 3,4 milyard avroya çatdırıb. 3-cü rübdə güclü nəticələr açıqlayan şirkətin aktiv istifadəçilərinin ümumi sayı 26 faiz artaraq 574 milyona çatıb.
Onlayn musiqi bazarının aparıcı şirkətlərindən biri olan Spotify gəlirlərini bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artıraraq 3,4 milyard avroya çatdırıb.
Marja.az xəbər verir ki, Şirkət 3-cü rüb üzrə güclü nəticələr elan edib və onun ümumi aktiv istifadəçilərinin sayı 26 faiz artaraq 574 milyona çatıb.
"Bu nəticələr tarixdə ikinci ən böyük üçüncü rüb performansımızı əks etdirir" şirkətin açıqlamasında bildirilir.
Spotify bu rübdə 32 milyon avro əməliyyat mənfəəti əldə edərək gəlirliliyə qayıdıb.
Şirkət üçün vacib olan ödənişli abunəçilərin sayı 30 sentyabr 2023-cü il tarixində 226 milyona çatıb. Burada keçən ilin eyni dövrü ilə müqayisədə 16% artım var .
Onlayn musiqi platforması iyul ayında premium paketlərinin qiymətlərini artırdığını elan etmişdi. ABŞ-da ən aşağı tarif aylıq 9,99 dollardan 10,99 dollara qaldırılıb. Eynilə, ikili plan 12,99 dollar əvəzinə 14,99 dollar, ailə planı isə 15,99 dollar əvəzinə 16,99 dollar olub. Şirkət bu qiymət artımlarını digər bazarlara, o cümlədən Avropa İttifaqının əksər hissəsi, Böyük Britaniya və Cənubi və Mərkəzi Amerika, Asiya və Okeaniyadakı həyata keçirib. Spotify bu qiymət artımları nəticəsində 3-cü rübdə gəlirliliyə nail olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 saat sonra
- 4 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
4 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
5 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
7 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
8 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
8 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
