Veysəloğlu Şirkətlər Qrupu beynəlxalq biznes müsabiqəsini dəstəkləyir
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) nüfuzlu işgüzar mükafat olan “EY İlin İş Adamı” 2023-2024 proqramını dəstəkləyir.
Müsabiqənin təşkilatçısı dünyada audit və konsaltinq üzrə nüfuzlu şirkətlərdən olan EY (keçmiş Ernst & Young) şirkətidir.
Veysəloğlu Şirkətlər Qrupu ilə yanaşı, Azərbaycan Beynəlxalq Bankı (ABB) və bp də müsabiqəyə dəstək verir.
“Bu gün bizim tərəfdaşlarımız arasında kiçik və orta sahibkarlar geniş yer tutur. Onların inkişafı və daha keyfiyyətli məhsul istehsalı bizim də inkişafımızdır. Bu müsabiqəni dəstəkləməklə biz ölkəmizin sosial-iqtisadi və dayanıqlı inkişafı üçün dəyər yaratmaq hədəfimizə də daha bir addım atmış oluruq”, - deyə Veysəloğlu Şirkətlər Qrupunun baç icraçı direktoru Burak Dəniz bildirib.
“EY İlin İş Adamı” müsabiqəsi 35 ildən çoxdur ki dünyanın 60-dan çox ölkəsində keçirilir.
Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini dekabrın 31-dək təqdim edə bilərlər. Azərbaycanda müsabiqənin qalibi 2024-cü ilin fevralında seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlılığa diqqət kimi müxtəlif amillərə əsasən aparacaqlar.
Proqramın məqsədi yüksək potensiala malik kiçik və orta sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurları nümayiş etdirməklə başqalarını ilhamlandırmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub





















