AMD süni intellekt şirkəti Nod.ai-ni satın alır
Dünyanın ən böyük prosessor və qrafik kartı istehsalçılarından biri olan AMD süni intellekt şirkəti Nod.ai-ni satın alır. Bu satınalma ilə süni intellekt sahəsində Amerika texnologiya nəhəngi Nvidia ilə yarışa girən AMD, məhsul portfelində portativ, yüksək performanslı süni intellekt həllərini işə salma qabiliyyətini sürətləndirməyi hədəfləyir.
ABŞ-ın Kaliforniya ştatında yerləşən yarımkeçirici istehsalçısı AMD süni intellektə əsaslanan Nod.ai şirkətini satın alır.
Marja.az-ın məlumatına görə, Nvidia-nın süni intellektə investisiyalarından sonra, süni intellekt sahəsində AMD-dən də bənzər bir addım atılıb.
“Nod.ai-nin alınması AMD-nin müştərilərini AMD avadanlığı üçün yüksək performanslı süni intellekt proqram təminatı ilə təmin etmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək”, - AMD-nin baş vitse-prezidenti Vamsi Boppana satın alma ilə bağlı bildirib.
Baş ofisi Santa Klarada yerləşən Nod.ai 2013-cü ildə Anuş Elanqovan və Harş Menon tərəfindən təsis edilib. Elanqovan Google-un ilk Chromebook komandasında işləyib və Cisco-da aparıcı mühəndis olub. Menon əvvəllər Google-un həmtəsisçisi Larri Peyc tərəfindən dəstəklənən, fəaliyyətini dayandırmış elektrik təyyarəsi şirkəti olan Kitty Hawk-da işləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
7 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
9 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
10 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
10 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
