Kapital Bank-ın dəstəyi ilə “Breyn Rinq” 22-ci mövsümünə başladı
(®) Ölkənin birinci bankı Kapital Bank “Breyn Rinq” televiziya layihəsinin maliyyə tərəfdaşıdır.
Gənclərin bilik yarışı ilə sınağa çəkildiyi veriliş artıq 22-ci mövsümünə start verdi. Hər həftənin bazar günü İctimai Televiziyada efirə gedən layihənin yeni mövsümündə 10 şəhər və 7 universiteti, eləcə də sponsorları təmsil edən 20 komanda çempionluq uğrunda yarışır.
Şərtlərə görə yarışmada il ərzində 2 mövsüm oynanılır. 1-ci mövsümdə “Bilik” kubokunun, 2-ci mövsümdə isə “Nar” kubokunun sahibi bəlli olur. İlin sonunda isə “Bilik” və “Nar” kubokunun qalibi olan 2 komanda Azərbaycan çempionu titulu uğrunda mübarizə aparır.
22-ci mövsümdə Kapital Bank-ı Azərbaycanın məşhur idman şərhçilərindən ibarət “Birbank” komandası təmsil edir. Komandada Gündüz Abbaszadə, Rüstəm Fətəliyev, Süleyman Vəliyev, Şəmsəddin Abbasov, Əhməd Əliyev kimi idman jurnalistləri ilə yanaşı Bakı Ali Neft Məktəbinin tələbəsi Həsən Abbaslı yer alır.
Qeyd edək ki, Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Ölkənin birinci bankı eyni zamanda “Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 22 d. əvvəl
-
- 26 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
-
1 saat əvvəl
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
-
1 saat əvvəl
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
Yaponya iqtisadiyyatı cüzi artıb
Azərbaycan şirkətlərinin iştirakı ilə Avropa ölkəsində 500 meqavatlıq elektrik enerjisi stansiyası tikiləcək
Qlobal elektromobil satışı yanvarda azalıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
"Əminəm ki, biz Azərbaycana çox məhsullar təqdim edə bilərik"






















