2000 manata və 1 ədəd televizora biznes qurmaq imkanı
“Azərlotereya”dan 2000 manata gəlirli biznes imkanı(®) Azərbaycanda az pulla biznes qurmaq, gəlir əldə etmək arzusunda olan insanlar çoxdur. Amma heç də hamı kiçik sərmayə ilə biznesə başlamağın yollarını bilmir, bunun üçün real ideyalara sahib olmur. Bütün dünyada şans oyunlarına olan marağı nəzərə alsaq, lotereya sahəsinin necə gəlirli biznes olduğunu müşahidə edərik. Üstəlik bu sferada müasir texnologiyaların tətbiqi daim inkişaf edən uğurlu biznesdən xəbər verir. Bu əsasla həm qazanıb, həm də qazandırmaq istəyənlərə sevindirici təklif var.
Belə ki, ölkənin qanuni lotereya təşkilatçısı “Azərlotereya” öz biznesini qurmaq arzusunda olanlar üçün yeni imkanlar yaradır. “Azərlotereya”nın yeni layihəsinə əsasən, biznesə başlamaq üçün sadə şərtlərə əməl etmək və kiçik vəsait yatırmaq kifayətdir.
Şans mərkəzi
İstənilən şəxs sahəsi 15-20 kvadrat metr olan ictimai iaşə müəssisəsində (çay evi, kafe, pub, restoran və s.) şans mərkəzi yarada bilər. Bu məqsədlə “Azərlotereya” ilə müqavilə bağlamaq, 2000 manat depozit qoymaq və bir ədəd televizor almaq kifayətdir.
Məkanın daxili quruluşu, avadanlıqların yerləşdirilməsi ilə bağlı tələblər də sadədir. Razılaşmaya uyğun olaraq həmin şans mərkəzində “Azərlotereya” tərəfindən terminal quraşdırılır. Terminal vasitəsilə “Ekspress Keno” və tirajlı lotereya biletlərinin satışı həyata keçirilir. Həmçinin çoxlarının sevimlisi "Poz-Qazan” lotereya biletlərini də buradan əldə etmək mümkündür.
Virtual lotereya oyunu olan “Ekspress Keno” üçün isə bir televizorun olması tələb edilir. Monitor minimum 82 sm diaqonal ölçüsündə olmalı və internetə qoşulmalıdır.
Reklam xərci yoxdur
Bu biznesin müsbət tərəflərindən biri də əlavə reklam xərcinin olmamasıdır. “Azərlotereya” bütün marketinq kommunikasiyalarını özü həyata keçirir. Məsələn, şans mərkəzi reklam lövhələrinin quraşdırılması, eləcə də lotereya məhsullarına dair poster materialları ilə təmin edilir.
Sahibkarın gəliri necə formalaşır?
Depozit kimi qoyulan 2000 manat terminalın texniki sazlığının qorunması və oyun limiti üçün istifadə ediləcək.
Razılaşmaya əsasən, məntəqədəki “Ekspress Keno”nun dövriyyəsinin 10 faizi, tirajlı lotereyaların 7 faizi, “Poz-Qazan” dövriyyəsinin isə 5 faizi sahibkara çatır.
Beləliklə, sahibkar 2000 manat və internetə giriş imkanı olan bir ədəd televizor almaqla bu biznesə rahatlıqla başlaya bilər.
Şans mərkəzində hansı oyunlar oynanılır?
“Ekspres Keno”da hər 5 dəqiqədən bir 1 000 000 manat qazanmaq şansı var. Hər gün saat 19:45-də “Xəzər TV”, eləcə də “Azərlotereya TV” yutub kanalında canlı yayımlanan “Super Keno”da 1 000 000 manat böyük uduş, “MEQA 5/36”da 200 000, həftənin 1, 3, 5 və 6-cı günləri isə “4+4” oyununda 250 000 manatdan böyük cekpota sahib olmaq imkanı var. Eyni zamanda, “Meqa 5” oyununda hər gün 1 000 manat uduş şanslı qalibini gözləyir. “Poz-Qazan” oyunlarında isə 25 000-dən 200 000 manatadək böyük uduş və milyonlarla müxtəlif uduşlar uğrunda bəxtinizi sınaya bilərsiniz.
Risksiz biznes imkanına necə qoşulaq?
Bu biznesin ən üstün tərəflərindən biri də onun risksiz olması, sahibkara maddi zərər vurmamasıdır. Belə ki, biznesə başlayan şəxs bir müddət fəaliyyət göstərdikdən sonra işini dayandırmaq istədikdə öncədən yatırtdığı 2000 manat sərmayəni “Azərlotereya” geri qaytarır.
Nəzərə alsaq ki, sahibkar fəaliyyətə başlamamışdan öncə xüsusi avadanlıq, masa, oturacaq almır, eyni zamanda obyektdə təmir işləri aparmır, o halda onun hər hansı maddi itkisi olmur. Yeni biznesə başlayanlara belə bir əlverişli imkanın yaradılması bu işin cəlbediciliyini artırır. Bir sözlə, həm gəlir, həm də maraqlı təcrübə qazanmaq üçün bu biznesin bir parçası olmağa dəyər.
Maraqlanan şəxslər “Azərlotereya”nın *2080 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 20 saat sonra
- 18 saat sonra
-
15 d. əvvəl
“Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
-
26 d. əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 29 d. əvvəl
-
1 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan bankı Fevralın 1-dən tarixindən islami məhsullarını təqdim edəcək - ŞƏRTLƏR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş
Azərbaycan bankı Fevralın 1-dən tarixindən islami məhsullarını təqdim edəcək - ŞƏRTLƏR
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Rəsmi Bakı: Somaliləndin tanınması beynəlxalq hüquqa ziddir, Azərbaycan Somalinin ərazi bütövlüyünü tam dəstəkləyir
KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından 8 il ötür
Prezident 41,7 milyard manantlıq büdcəni təsdiqlədi





















