Tərkibində təhlükəli qatqı və antibiotik aşkarlanıb - AZƏRBAYCANA İXRACINA MƏHDUDİYYƏT QOYULDU
Rusiya “Starodvorye Kolbasa” QSC-nin hazır ət məhsullarının xarici bazarlara ixracına məhdudiyyətlər tətbiq edilib.
Azərbaycanda da satılan Rusiyanın məşhur "Starodvorye" brendinin (“Starodvorye Kolbasa" QSC) kolbasa və sosiskalarında təhlükəli qatqı və antibiotik aşkarlanıb.
Marja.az Rusiya mətbuatına istinadən xəbər verir ki, brendin kolbasalarının tərkibində enrofloksasin aşkar edilib. Enrofloksasin tərkibli qida məhsullarının müntəzəm istehlakı antibiotiklərə qarşı müqavimət üçün ilkin şərait yaradır. Həmçinin bu antibiotik ishal, qusma və baş ağrısına səbəb ola bilər.
Brendin sosiskalarında qida əlavəsi olan karagenan aşkar edilib. Bu maddənin tez-tez istifadəsi xora və şiş ehtimalını artırır. Həmçinin ət məhsullarında həddindən artıq miqdarda karagenanın olması allergik reaksiyalara səbəb ola bilər.
"Rosselxoznadzor" Şirkətin məhsullarının Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna, Tacikistan, Türkmənistan, Monqolustan, Vyetnam, BƏƏ və Seyşel adalarına ixracına məhdudiyyət qoyub. Qeyd edilib ki, Starodvorye" məhsullarında baytarlıq-sanitariya tələblərinə uyğunsuzluq dəfələrlə aşkarlanıb.
Rusiyanın “Starodvorye Kolbasa” QSC şirkətinin Azərbaycanda tərəfdaşı "AQRO-VEST DC" MMC şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
