Putin: Rublun məzənnəsinə təsir edən amillər idarəolunandır
Rusiya Prezidenti Vladimir Putin rublun məzənnəsi ilə bağlı ciddi problemlər və çətinliklər görmür.
Marja.az xəbər verir ki, Putin rublun məzənnəsinə təsir edən amilləri idarəolunan adlandırıb və Mərkəzi Bankın uçot dərəcəsini artırmasını dəstəkləyib.
"Uçot dərəcəsinin artırılması iqtisadiyyatı ləngidir, lakin inflyasiyanı azaldır, hər şey vaxtında edilməlidir", - Putin deyib.
Rublun məzənnəsi ilə bağlı məsələlərin həllində heç kim ani addımlar atmayacaq. Putin əlavə edib ki, inflyasiya ilə mübarizədə “yaxşı” və ya “çox yaxşı həll yolları” yoxdur, lakin vəziyyəti qaçırmaq olmaz.
Qeyd edək ki, Sentyabrın 15-də keçiriləcək növbəti iclasda Rusiya Mərkəzi Bankı uçot dərəcəsini yenidən 2 bənd artıraraq 14 faizə qaldıra bilər. Bu, rubl əmanətlərinin cəlbediciliyini artıra, kreditləşməni yavaşlada, idxal və xarici valyutaya tələbi azalda bilər. Qeyd edək ki, 15 avqustda Rusiya Mərkəzi Bankı növbədənkənar iclasında uçot dərəcəsini illik 8,5%-dən 12%-ə qaldırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 32 d. əvvəl
-
-
56 d. əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
1 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
1 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Ən çox oxunanlar
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir





















