Unibankın 20 milyon manatlıq istiqrazları uğurla yerləşdirilib - TƏKRAR BAZARDAN ALMAQ İMKANI
(®) 7 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında "Unibank Kommersiya Bankı" ASC-nin kapital bazarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.
Tədavül müddəti 12 ay, nominal dəyəri 100 manat və 20 milyon manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlar birjada premium bazar seqmentində “Unicapital İnvestisiya Şirkəti”nin dəstəyi ilə 100% uğurla yerləşdirilib. İstiqrazın illik faiz dərəcəsi 11,5%, faiz ödəniş tezliyi isə 3 aydan bir təşkil edir.
“Açılış Zəngi”nin çalındığı tədbirdə emitent qismində "Unibank K.B." ASC, emitentin anderrayteri “Unicapital İ.Ş.” və Bakı Fond Birjasının nümayəndələri iştirak etmişdir.
Onlar qeyd olunan istiqrazların korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühitinin formalaşmasında müstəsna rolu olacağını bildiriblər .
İnvestorlar tərəfindən böyük maraqla qarşılanan “Unibank İstiqrazları”nın hərracı zamanı 52 investor tərəfindən 52 sifariş təqdim edilmişdir. Hərracda iştirak edə bilməyən şəxslər “Unicapital İ.Ş” müraciət edərək qiymətli kağızları təkrar bazardan əldə edə bilərlər.
Müraciət üçün: https://unicapital.az/elaqe/
Qeyd edək ki, 30 ildən çoxdur ki, ölkənin ən köklü kommersiya banklarından biri olaraq fəaliyyət göstərən “Unibank K.B.", eyni zamanda Azərbaycanda ilk dəfə olaraq “mobile-only” (filialsız bank - Leobank) prinsipini tətbiq edən qurumdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
13 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
20 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
20 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
21 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























