Yol və hava limanı tikən iri Azərbaycan şirkəti 573 milyon gəlir, 9 milyon xalis mənfəət əldə edib
"AzVirt" MMC 2022-ci ili 8 milyon 938 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 6 milyon 527 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə "AzVirt" MMC-nin xalis mənfəəti 2 milyon 411 min manat və ya 37% artıb.
Marja.az xəbər verir ki, "AzVirt" MMC-nin tikinti işlərindən gəlirləri 2021-ci ildə 563 milyon 201 min manat ikən, 2022-ci ildə 573 milyon 90 min manata yüksəlib (9 milyon 889 min manat və ya 1,7% artıb).
31 dekabr 2022-ci il tarixində "AzVirt" MMC 385 milyon 364 min manat cəmi kativlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 387 milyon 191 min manat cəmi aktivlərə malik idi.
"AzVirt" MMC yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətdir.
"AzVirt" MMC-də payçılar Almaniyanın "Martin Beteiligungs GmbH & Co KG" şirkəti (30%), Lüksemburqun "Falcom Holding s.a.r.l" şirkəti (25%), Elnur Əliyev (25%) və Almaniyanın "Walz GmbH & Co KG" şirkətidir (20%).
Şirkət Azərbaycan ilə bərabər Serbiya, Qırğızıstan, Ukrayna, Bosniya və Herseqovinda layihələrdə iştirak edib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
- 22 d. əvvəl
- 31 d. əvvəl
-
42 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma







.jpg)





.jpg)



.jpg)









