Bakı və Pekin arasında uçuşların bərpası edilməsi müzakirə edildi
Bakı ilə Çinin Sıçuan əyalətinin paytaxtı arasında birbaşa aviareyslərin açılması perspektivi də müzakirə edilib.“AZAL”ın prezidenti Cahangir Əsgərov və Çinin Azərbaycandakı səfiri Qo Min arasında keçirilən görüşdə aviasiya sahəsində əməkdaşlıq və turizmin inkişafı perspektivləri müzakirə olunub.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, görüş zamanı Azərbaycan və Çin paytaxtları arasında uçuşların bərpası edilməsi məsələsi barədə fikir mübadiləsi aparılıb. Bu addımlar hər iki tərəfin əməkdaşlığı genişləndirmək istəyindən xəbər verir ki, bu da iki ölkə arasında işgüzar əlaqələri, mədəni mübadiləni və turizmin inkişafını gücləndirəcək.
Bundan əlavə, tərəflər Bakı ilə Çinin Sıçuan əyalətinin paytaxtı arasında birbaşa aviareyslərin açılması perspektivini müzakirə ediblər. Zəngin memarlığı və tarixi abidələri ilə Çenqdu turistlərin və səyahətçilərin böyük marağına səbəb olur.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyətinin ÇXR administrasiyasının dəvəti ilə Sıçuan əyalətinə işgüzar səfəri çərçivəsində Sıçuan əyalətinin qubernatoru Xuan Tsyan Çin tərəfinin Çendu-Bakı aviareysinin açılmasında maraqlı olduğunu bildirmişdir. Tərəflərin imzaladığı Anlaşma Memorandumuna əsasən, Bakı ilə Sıçuan əyaləti arasında dostluq və tərəfdaşlıq münasibətləri qurulmuşdur.
Görüşün sonunda “AZAL”ın prezidenti Cahangir Əsgərov və Çinin Azərbaycandakı səfiri Qo Min belə təşəbbüslərin iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə, o cümlədən turizm və biznesin inkişafı üçün yeni perspektivlərin açılmasına yönəldiyinə əmin olduqlarını bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ















.webp)








