İsrailin bir sıra aparıcı şirkət nümayəndələri Azərbaycana səfər edib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə İsrailin bir sıra aparıcı şirkətlərinin - “FinCom.Co”, “Raycom”, “CySource” və “Sensorz” nümayəndələri Azərbaycana səfər edib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, səfər çərçivisində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrailin sözügedən şirkətlərinin, habelə “AnD Ventures” vençur fondunun nümayəndələri arasında görüş baş tutub.
İsrailli qonaqlarla görüşlərdə İRİA-nın sədr əvəzi İnarə Valiyeva, sədrin müşaviri Şahin Əliyev, Agentliyin Beynəlxalq Biznesin İnkişafı üzrə rəhbəri Loukas Tzitzis və İnnovasiya üzrə rəhbər İqor Ovçarenko iştirak edib.
Görüş müddətində Texnopark rezidentliyi haqqında qanunun yaratdığı üstünlüklər və Avrasiya bazarının İKT potensialından yararlanmaqda Azərbaycanın doğru seçim olması haqqında məlumat verilib. Bildirilib ki, Agentliyin dəstəyi ilə rezidentlik hüququ əldə etmək istəyən şirkətlərin Azərbaycanda filial və ya təmsilçilik təsis etmələri üçün müvafiq şərait mövcuddur.
Görüşlər əsnasında, həmçinin İsrail şirkətlərinin nümayəndələrinin Azərbaycandakı kadr potensialı, yerli və Avrasiya ekosistemindəki mövcud imkanlar haqqında sualları da cavablandırılıb.
İsrailli nümayəndə heyəti Azərbaycanın ümumi İKT mühiti ilə tanışlıqdan və müsbət nəticələnən işgüzar görüşlərdən məmnunluqlarını ifadə ediblər.
Səfər çərçivəsində israilli nümayəndə heyəti İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb.
Səfər zamanı “PASHA Holding” şirkətinin İnnovasiya üzrə nümayəndəlari ilə keçirilən görüşdə israilli şirkətlərlə innovasiya sahəsində birgə iş imkanları dəyərləndirilib. İnnovasiya və texnologiyaya əsaslanan ekosistemin inkişafı üçün ortaq səylərin reallaşdırılması, bilik mübadiləsinin həyata keçirilməsi mövzuları müzakirə edilib.
İsrailli şirkət nümayəndələri, həmçinin “Azercell” şirkətinin qonağı olublar və potensial əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələr şəbəkə infrastrukturunun təkmilləşdirilməsi, innovativ xidmət və tətbiqlərin inkişafına qədər geniş mövzuları əhatə edib.
Bundan əlavə, nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının məhsul və xidmətləri ilə tanış olublar. Təqdimat zamanı, həmçinin STP-nin istehsalat gücü və ixtisaslaşdığı sektorlara görə əldə etdiyi nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat verilib.
Qeyd edək ki, İsrail şirkətlərinin Azərbaycana səfəri qlobal və yerli İKT şirkətlərinə vergi güzəştləri və imtiyazlar təqdim edən texnopark rezidentliyi çərçivəsində baş tutub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
42 d. əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Volkswagen 2028-ci ilin sonuna qədər xərcləri 20% azaltmağı planlaşdırır
-
5 saat əvvəl
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir























