Avropa Mərkəzi Bankından nə gözlənilir?
Avropa Mərkəzi Bankının (AMB, ECB) iyul ayı toplantısında uçot dərəcəsini 0,25 faiz bəndi də artıracağı gözlənilsə də, bunun Bankın son faiz artımı ola biləcəyinə dair proqnozlar güclənib. Avro Bölgəsində davam edən inflyasiya təzyiqlərinə baxmayaraq, Satınalma Menecerləri İndeksi məlumatlarının azalması son faiz artımının bu ay olacağı proqnozlarına səbəb olub.
Bu gün Avropa Mərkəzi Bankı (AMB, ECB) faiz qərarını açıqlayacaq. Marja.az xəbər verir ki, Bankın faizlərini 0,25 faiz bəndi də artıracağı gözlənilir. Bankın depozit hesabı dərəcəsini 3,50%-dən 3,75%-ə, əsas faiz dərəcəsini 4.00%-dən 4.25%-ə çatdıracağı nəzərdə tutulur.
Avro Bölgəsində əsas inflyasiya "inadkar" olaraq qalır. İnflyasiya dilemmasında ilişib qalan mərkəzi bankın mesajları gələcək üçün vacibdir.
Bankın ilin sonuna qədər faiz dərəcələrini cəmi 0,50 faiz bəndi artıracağı ilə bağlı proqnozlara baxmayaraq, son artımın iyul ayında ola biləcəyi gözləntiləri güclənib.
Avro Bölgəsində davam edən inflyasiya təzyiqlərinə baxmayaraq, Satınalma Menecerləri İndeksi (PMI) məlumatlarının azalması bu ayın son faiz artımı ilə bağlı proqnozları dəstəkləyib.
"ECB 2024-cü ildə faiz dərəcələrini aşağı salmayacaq"
"Commerzbank"ın baş iqtisadçısı Marko Vaqner Avropanın iqtisadi narahatlıqlarının getdikcə daha çox ön plana çıxdığını vurğulayıb.
Vaqner, ECB-nin həddindən artıq optimist iqtisadi artım proqnozunu sentyabr ayında aşağıya doğru yenidən nəzərdən keçirməsi ehtimalının yüksək olduğunu bildirib.
"Bu kontekstdə, bazar hələ də sentyabr ayında da faizlərin artırılacağını qiymətlənsə belə, ECB, ehtimal ki, faiz artımlarını bu həftə dayandıracaq. ECB 2024-cü ildə faiz dərəcələrini aşağı salmayacaq. Çünki Avro Bölgəsi inflyasiyanın azalması şərtləri baxımdan ABŞ-dan geri qalır”, - deyə Vaqner bildirib.
ECB-nin sentyabr ayında faiz dərəcələrini 0,25 faiz bəndi də artıracağı ehtimalı hazırda 60 faizdir.
Bu gün ECB faiz qərarını Bakı vaxtı ilə 16:15-də açıqlayacaq.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
1 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
3 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
5 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
5 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
5 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
Son Xəbərlər

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
