Azər Türk Bankda əməkhaqqı kartlarının əldə edilməsi daha asandır
Dövlət bankı Azər Türk Bank müştərilərinə xidmətin keyfiyyətini daha da yüksəltmək məqsədilə hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən əməkdaşları üçün əməkhaqqı kartlarının əldə edilməsi prosesini tam olaraq sadələşdirib.
Belə ki, Bank tərəfindən “atb business” internet bankçılıq xidmətində istifadəyə verilmiş yeni funksionalın köməyi ilə əməkhaqqı kartlarının sifarişi üçün müqavilə formalaşdırılması, müştəri və bank tərəfindən elektron şəkildə imzalanması mümkündür.
Bu xidmətdən faydalanmaq üçün fərdi sahibkar və hüquqi şəxs olan müştərilərin Bankda hesab açmaqla “atb business” xidmətinə qoşulması kifayətdir.
Xatırladırıq ki, əməkhaqqı kartı tam funksionallıdır və onun əsas özəlliyi bu kartlar vasitəsilə ticarət və xidmət müəssisələrində edilən ödənişlərin 30%-dək hissəsinin keşbek olaraq hesaba qaytarılması və kartların qalığına illik 5,5% dərəcəsi ilə gündəlik faiz hesablanmasıdır.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
24 d. əvvəl
Sığorta şirkəti 2025-ci ili 1 milyon 750 min manat xalis mənfəət ilə başa vurub
-
-
13 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Ən çox oxunanlar
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
























