"Yaranmış boşluq imkan verib ki, Azərbaycanın yük daşıma şirkətləri bazarın bir hissəsini öz əlinə alsın"
"Hazırda Rusiya ve Belarus nömrə nişanlı nəqliyyat vasitələrinin Avropa ölkələrinə girişi qadağandır. Bu isə Azərbaycan logistika şirkətlərinin fəaliyyətinə müsbət təsir edir. Çünki yaranmış boşluq imkan verib ki, Azərbaycan yük daşıma şirkətləri bazarın bir hissəsini öz əlinə alsın."
Bunu Marja-ya müsahibəsində 10 ildən çox beynəlxalq yükdaşıma və logistika sahəsində təcrübəyə malik, “Azerbaijan Logistics Services" MMC, “ALS Global Transport Gürcüstan” şirkətinin təsisçisi və Baş Direktoru (CEO-su), “ATSCO" MMC şirkətinin təsisçisi Fərrux Baxşiyev bildirib.
Fərrux Baxşiyev "Rusiya-Ukrayna müharibəsi, ümumilikdə qlobal geosiyasi proseslərin ən çox təsir etdiyi sektorlardan biri beynəlxalq daşımalar, nəqliyyat-logistika sahəsidir. Bu sizin fəaliyyətinizə necə təsir göstərib?" sualına belə cavab:
"Əvvəlcə onu qeyd edim ki, hər zaman müharibələrin əleyhinə olmuşam. Amma bu, dünyada gedən qlobal geosiyasi dəyişikliklərin bir parçasıdır. Yaranmış son durum insanlıq üçün böyük faciəyə səbəb olsa da, qlobal iqtisadiyyata, o cümlədən nəqliyyat-logistika sahəsinə də bir qədər fərqli təsir göstərib. Yəni, böhranlar həm də yeni imkanlar deməkdir. Azərbaycana gəldikdə, hazırki durumun logistika sektoruna təsiri müsbət olub. Məsələn, bir faktı qeyd etmək yerinə düşər. Hazırda Rusiya ve Belarus nömrə nişanlı nəqliyyat vasitələrinin Avropa ölkələrinə girişi qadağandır. Bu isə Azərbaycan logistika şirkətlərinin fəaliyyətinə müsbət təsir edir. Çünki yaranmış boşluq imkan verib ki, Azərbaycan yük daşıma şirkətləri bazarın bir hissəsini öz əlinə alsın. Son bir ildə qeydiyyat keçən yük avtomobillətinin sayı 3 dəfəyə yaxın artıb. Belə ki, 2021-ci ildə 3 minə yaxın yük avtomobili (TIR) qeydiyyatdan keçirilibsə, 2022-ci ildə bu rəqəm 8 minə yüksəlib və artım dinamikası davam edir. Artım o qədər yüksəkdir ki, sürücülərin bir qismini daşıma prosesinə hazırlamaq mümkün olmayıb. Çünki Avropa ərazisində çalışmaq üçün sürücülər müəyyən təlimlərdən keçməlidir. Bu isə müəyyən zaman tələb edir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
16 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
18 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
21 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
23 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 31 d. əvvəl
- 33 d. əvvəl
- 42 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir


























