AZAL Pakistanın 3 şəhərinə birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır
“Azərbaycan Hava Yolları” QSC (AZAL) yaxın zamanda Bakıdan İslamabad, Lahor və Kəraçi şəhərlərinə həftədə 2 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır.
“Marja” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistan İslam Respublikasına səfəri çərçivəsində həmin ölkənin dəmir yolu və aviasiya naziri Xavaca Saad Rafiq, kommunikasiyalar naziri Əsəd Mahmud, dənizçilik naziri Syed Faysal Ali Subzvari ilə keçirdiyi ikitərəfli görüşlərdə deyib.
Görüşlərdə iki ölkə arasında aviasiya, dəmir yolu və tranzit daşımaları sahələri daxil olmaqla nəqliyyat sektoru üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
R. Nəbiyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən irimiqyaslı yenidənqurma və bərpa layihələri barədə məlumat verib. Nazir bildirib ki, nəqliyyat infrastrukturunun inkişafı məqsədilə Azərbaycan bu sahəyə böyük sərmayələr yatırıb. Belə ki, bir sıra avtomobil və dəmir yolları çəkilib, yeni beynəlxalq hava limanları istifadəyə verilib.
Tərəflər iki ölkə arasında daşımalar, o cümlədən tranzit daşımalar məsələsini müzakirə ediblər. Pakistanın limanlarından istifadə etməklə Azərbaycan üzərindən “Şimal-Qərb” və “Şimal-Cənub” dəhlizi vasitəsilə daşımaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)
.jpg)








.jpg)




