"SOCAR-da işə qəbul olunmaq üçün tanış tapmaq lazım deyil" - XƏBƏRDARLIQ
“Bu mövzuda mən, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli dəfələrlə mətbuatda və sosial şəbəkələrdə bilgi verməyimizə baxmayaraq, görünür ki hələ də bəzi insanlar digər aldananların acı təcrübələrindən dərs almamışlar...”.
Bu sözləri SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov işə düzəltmək adı ilə vətəndaşları aldadan dələduzların əməlləri haqda danışarkən qeyd edib.
O, dələduzların toruna düşməməyə çağırıb:
“Bir daha vurğulayıram: SOCAR-da işə qəbul olunmaq üçün heç bir vasitə, qohum axtarmaq, tanış tapmaq lazım deyil. Yetər ki, elan olunmuş vakansiya şərtlərinə uyğun biliyin, bacarığın olsun və müsahibə zamanı bildiyini tam təqdim edə biləsən. Bu qədər sadə, bu qədər asan və tam şəffaf....
Amma hardansa bir dələduzu tapıb, onun şirin dilinə aldanıb, varını-yoxunu verəsən ona ki, SOCAR-a işə düzələcəyəm... Bu mümkün deyil və heç də olmur. Sonra da şikayətlənirlər ki, “aldanmışam, evimi yıxmışam, borc almışam...”. Daha nələr, nələr... ürək ağrısız oxumaq olmur... Əlbəttə, aidiyyatı üzrə həmin məktubları hüquq-mühafizə orqanlarına göndəririk. Çox vaxt dələduzlar məsuliyyətə cəlb olunur... Amma zərər çəkmiş insanların haqları qaytarılırmı? Bəs əsəb gərginliyi, itirilmiş vaxt, vəsait, nüfuz... Hələ öz məqsədlərinə çatmaq üçün bu dələduzlar həyasızcasına təmiz, vicdanlı, zəhmətkeş və ictimaiyyətdə nüfuz sahibi olan vəzifəli şəxslərin adına xələl gətirəcək yollara da əl atırlar... İnsanları aldatmaq üçün filankəsin qohumuyam, filankəsin qonşusuyam, filan vəzifəli şəxsin kəndçisiyəm deyirlər... Yalana inanmazdan qabaq soruşan yoxdur ki, sən o filankəsin vasitəsi ilə bir adamı işə düzəldə bilmisən?.. Odur ki, aldadan cinayət törədir, aldanan da günahsız deyil...”.
© Modern.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat sonra
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















