Dövlət Radiotezliklər İdarəsinin xalis mənfəəti 81 % artıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsi (DRİ) 2022-ci ili 7 milyon 772 min manat xalis mənfəətlə başa vurub.
İdarənin maliyyə hesabatına görə, bu, 2021-ci illə müqayisədə 81 % çoxdur.
Ötən il DRİ-nin xidmətinin satışından gəlirləri 17 milyon 709 min manat (əvvəlki ilə nisbətən 14,4 % çox), xidmətinin maya dəyəri 4 milyon 2 min manat (13,2 % az), ictimai tədbirlərin təşkil edilməsindən gəlirləri 4,45 milyon manat (əvvəlki il olmayıb), bu tədbirlərin maya dəyəri 4,45 milyon manat (əvvəlki il olmayıb), dəyərsizləşmə üzrə ehtiyat ayırmaları 7 min manat (68,7 dəfə az), inzibati və digər əməliyyat xərcləri 4 milyon 278 min manat (6,8 % az), məzənnə fərqindən gəlirləri 11 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 1 milyon 662 min manat (10,1 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə Dövlət Radiotezliklər İdarəsinin aktivləri 11,02 milyon manat olub ki, bu da illik müqayisədə 20,3 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 4,3 dəfə artaraq 5,15 milyon manata çatıb, balans kapitalı isə 2,2 dəfə azalaraq 5,87 milyon manata düşüb.
Xatırladaq ki, Dövlət Radiotezliklər İdarəsi 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16,02 milyon manatdır. İdarə ölkədə mülki məqsədlər üçün radiotezlik idarəçiliyini həyata keçirən dövlət təşkilatıdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
9 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
9 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















