“Azerbaijan Fish Farm” və Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar xeyriyyə aksiyası keçirib
120 ailəyə 240 kilo ət məhsulları çatdırılıb.(®) Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) “Azerbaijan Fish Farm” MMC ilə birgə humanitar xeyriyyə aksiyasını reallaşdırıb.
Layihə çərçivəsində 240 kilo humanitar yardım ət məhsulları 120 ailəyə çatdırılıb.
100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır.
AzQAC milliyyətinə, cinsiyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan 1920-ci ildən insanlara humanitar yardım göstərir.
2017-ci ildən fəaliyyət göstərən “LU-MUN Holding” MMC Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahələrində irimiqyaslı layihələr həyata keçirən investisiya şirkətidir. Holdinqin əsas missiyası Azərbaycanın milli resurslarını optimallaşdırmaq və dirçəltməkdir. Holdinqin məqsədləri isə sağlam və dayanıqlı həyat tərzini cəmiyyətimiz üçün əlçatan və cəlbedici etmək və inkişaf etdirdiyi xidmətlər və məhsullarla tarixdə iz qoymaqdır. Qeyd edək ki, Azerbaijan Fish Farm - Azərbaycanın balıq sənayesinin ən böyük sərmayəçisi olan və yeni balıqçılıq təsərrüfatlarının yaradılması və ölkənin elmi irsinin dirçəldilməsinə yönəldilmiş “LU-MUN Holding”-in törəmə şirkətidir.
Nərə balıqlarının nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olmasını nəzərə alan “Azerbaijan Fish Farm” istehsala şüurlu, təbiətə isə qayğı ilə yanaşaraq hər il minlərlə nərə körpələrini Xəzər dənizinə buraxara nərə populyasiyasının bərpasına töhfə verir.
“LU-MUN Holding” MMC və onun törəmə şirkətlərinin Korporativ Sosial Məsuliyyət strategiyası diqqətlə düşünülərək təhsil, insan kapitalının inkişafı və ətraf mühitin mühafizəsi sahələrində uzunmüddətli layihələrin həyata keçirilməsinə yönəlmişdir. Bu təşəbbüslər haqqında haqqında daha ətraflı məlumatı csr.lmh.az saytından əldə etmək olar.
Qeyd edək ki, cəmiyyət tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış “YARDIM.ET” adlı İanə İdarəetmə Sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində HÖP, SMS, “MilliÖn”, “eManat”, hesab.az, “m10”, “mPay”, “ePul”, “Paşa Bank”, “Bank of Baku” və “UniBank” mobil tətbiqləri, həmçinin sayt vasitəsilə bank kartı və s. kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir. Toplanmış ianələr ehtiyaclı insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.
Korporativ sosial məsuliyyəti həyata keçirən bütün şirkətlər və təşkilatlar, o cümlədən fərdi sahibkarlar və xeyriyyəçilər Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq etmək üçün bu ünvana müraciət edə bilərlər: [email protected]
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 32 d. əvvəl
-
- 40 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)




.jpg)



.jpg)









