“Ekol Mühəndislik Xidmətləri”nin xalis mənfəəti kəskin azalıb
Ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü layihələr həyata keçirməklə məşğul olan “Ekol Mühəndislik Xidmətləri” QSC 2022-ci ili 1 milyon 856 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 6 milyon 738 min manat xalis mənfəət ilə başa vurmudşu. Beləliklə, ötən il “Ekol Mühəndislik Xidmətləri”nin xalis mənfəəti 3,6 dəfə azalıb. Xalis mənfəətin düşməsi xərclər və məsrəflərin gəlirlərdən daha çox artması ilə əlaqədardır.
Marja.az “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 31 dekabr 2022-ci il dekabr tarixinə olan maliyyə hesabatlarına istinadən xəbər verir ki, Şirkətin gəlirləri 2021-ci ildə 33 milyon 248 min manat ikən, 2022-ci ildə 40 milyon 905 min manata yüksəlib (7 milyon 657 min manat artıb).
Gəlirlərin artmasına qarşı “Ekol Mühəndislik Xidmətləri”nin xərcləri daha çox artıb. İllik xərclər və məsrəflər 12 miylon 984 min manat artaraq 2021-ci ildəki 23 milyon 688 min manatdan 2022-ci ildə 36 milyon 672 min manata yüksəlib. O cümlədən, əməkhaqqı xərcləri 7 milyon 113 min manat artıb.
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor “Lancer Services S.A.” Şirkətinin (49%) pay iştirakı ilə 01.03.2006-cı il tarixində təsis edilmiş, 17.04.2006-cı il tarixdə isə hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir. QSC-nin fəaliyyətinin əsas məqsədi respublikamızın hüdudlarından kənarda və respublika daxilində müasir texnika və texnologiyalardan istifadə edilməklə, ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü layihələr həyata keçirməkdən ibarətdir. 2009-cu ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin və Hollandiyanın “AA Servicess” şirkətinin təsisçiliyi ilə “AAS-EKOL” MMC yaradılmışdır. MMC 01.02.2010-cu il tarixində dövlət qeydiyyatından keçərək tullantıların idarə olunması sahəsində fəaliyyətə başlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat əvvəl
-
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
18 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
19 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















