Nazirlik 1 milyon tondan çox məhsul yığıldığını bildirir
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, artıq payızlıq əkin sahələrinin 33 faizində biçin başa çatıb. Bugünədək sahələrdən 728937 ton arpa, 366037 ton buğda yığılıb. Ölkə üzrə payızlıq arpa sahələrinin 60 faizində, buğda sahələrinin isə 16 faizində biçin başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 30.2 sentner, buğda üzrə isə 34.4 sentner təşkil edir.
Artıq payızlıq arpa əkini aparılmış 12 rayonda arpa biçini tam yekunlaşmaq üzrədir. Bu mövsüm İmişli rayonunda 18 min hektara yaxın sahədə taxıl əkilib. Bugünədək sahələrdən 11885 hektarında biçin başa çatıb. Sahələrdən 46 min tondan artıq məhsul yığılıb, taxıl üzrə orta məhsuldarlıq 38,8 sentner/ha təşkil edir. İmişli rayonunda arpa sahələrinin 95 faizində biçin prosesi yekunlaşıb.
Hazırda rayonun taxıl sahələrində 24 kombayn cəlb olunub, bunlardan 11 kombayn “Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır. Biçinə həmçinin fiziki və hüquqi şəxslərə məxsus 13 özəl kombayn cəlb olunub.
Qeyd edilib ki, hazırda respublikanın 61 rayonunda biçin gedir. Biçin prosesinə ümumilikdə 1447 kombayn cəlb olunub. Ölkə üzrə biçin aparılmış sahələrin 95223 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib. “Aqroservis” ASC-nin kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.
Qeyd edək ki, bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 40 faizi arpa, 60 faizi buğda sahəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














.jpg)


