Türkiyənin danışdığı ABŞ-dan gələn "Möhtəşəm türk qızı"
Türkiyədə yeni Nazirlər Kabinetinin açıqlanmasından sonra iqtisadiyyat sahəsində ən çox danışılan adlardan biri də Hafize Gaye Erkandır. Erkanın Türkiyə Mərkəzi Bankının sədri vəzifəsinə təyin olunan ilk qadın olacağı gözlənilir. ABŞ-da "Möhtəşəm Türk Qızı" kimi tanınan, 1982-ci il təvəllüdlü Erkan Boğaziçi Universitetini yüksək nəticə ilə bitirib, daha sonra təhsilini ABŞ-da davam etdirb və çalışıb. Erkan gözlənildiyi kimi Mərkəzi bankın sədri təyin olunarsa, iyunun 22-də keçiriləcək iclasa sədrlik edəcək. Beləliklə, uçot dərəcəsi aşağı düşəcək, eyni qalacaq, yoxsa artacaq? Bu ən çox verilən sualdır.Mehmet Şimşək Türkiyənin maliyyə naziri təyin olunduqdan sonra bazarlar diqqətini Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına (TCMB) yönəldib.
Marja xəbər verir ki, ötən gün Ankarada Şimşəklə görüşən Hafize Qaye Erkanın Mərkəz Bankın sədri vəzifəsinə təyin olunan ilk qadın olacağı gözlənilir. ABŞ-da "Möhtəşəm Türk Qızı" kimi tanınan Hafize Qaye Erkan gözlənildiyi kimi təyin olunarsa, onun ilk imtahanı iyunun 22-də olacaq. İyunun 22-də Pul Siyasəti Komitəsinin iclasında 8,5% olan siyasət faizinin eyni qalıb-qalmayacağı bazarda ən böyük sualdır.
1982-ci il təvəllüdlü Hafize Gaye Erkan İstanbul Erkek Liseyini bitirdikdən sonra Boğaziçi Universitetinin Sənaye mühəndisliyi fakültəsini bitirib. Princeton Universitetində qəbul olunduqdan sonra xaricə köçüb. O, Princeton-da iki illik doktorantura proqramını bir ildə bitirən ilk tələbə olub. Bununla da Erkan, ölkənin “ən gənc maliyyə professoru” adını qazanıb. Daha sonra Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə daha iki təlim proqramını bitiriib.
SÜRƏTLİ YÜKSƏLİŞ
2005-ci ildə Goldman Sachs-da karyerasına başlayan Erkan, təxminən 9 ildən sonra First Republic Bank-da menecer kimi fəaliyyətə başlayıb. O, 2014-cü ildə baş vitse-prezident vəzifəsini icra edib. Erkan, Bankın İnvestisiya Departamentinin rəhbəri və Risklərin İdarə Edilməsi üzrə həmsədr vəzifələrində çalışıb. O, bankın aktivlərinin 10 dəfəyə qədər artmasında rol oynayıb. Gaye Erkan vəzifəyə gələndə bankın aktivləri 25-30 milyard dollar civarında idisə, 2021-ci ilin dekabrına qədər 250 milyard dollara yaxınlaşıb. 2021-ci ildə 7 ay birgə baş direktor vəzifəsində çalışdıqdan sonra 2021-ci ilin dekabrında Bankdan ayrılıb. Daha sonra Marsh McLennan-da Direktorlar Şurasına təyin edilib. Erkan həmçinin ABŞ-da yerləşən zərgərlik şirkəti olan Tiffany & Co.-da iki il idarə heyətinin üzvü olub.
Hafize Gaye Erkan ABŞ-dakı uğurlu iş həyatına görə "Möhtəşəm Türk Qızı" kimi tanınıb. San Francisco Business Times-ın 2018-ci ildə apardığı araşdırmaya görə, Amerikanın 100 ən böyük bankında prezident və ya Baş direktor titulu daşıyan 40 yaşdan kiçik yeganə qadın seçilib, Kreyn New York Business-in "Yaşı 40-dan aşağı olan 40 nəfər" siyahısına daxil olub.
Hafize Gaye Erkanın Ankaraya gəldiyi və Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi bildirilir.
Mərkəzi Bankın sədri vəzifəsi üçün Gaye Erkanın adı biznes, siyasət və maliyyə dairələrində çox danışılır.
Bu gün Dollar/Türk Lirəsi məzənnəsi 7,3% artaraq 23,19 lirəyə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
10 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
11 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!





















