“KOB könüllüləri” proqramı 5 yaşında
“KOB könüllüləri” proqramına indiyədək 600-ə yaxın gənc qoşulub.Bu il Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri” proqramının 5 yaşı tamam olur. 2023-cü ilin ötən dövründə “KOB könüllüləri” proqramına 60, indiyədək isə 600-ə yaxın gənc qoşulub.
Bu barədə Marja-ya KOBİA-dan bildirilib.
Qeyd edilib ki, fəaliyyətə başladığı ilk gündən KOBİA-da “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirilir. “KOB könüllüləri” proqramı gənclərə, xüsusilə də idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alan gənclərə müvafiq sahədə bilik və bacarıqlarını, dünyagörüşünü artırmağa, əmək vərdişlərinə yiyələnmələrinə dəstək olur. “KOB könüllüləri” KOBİA-nın inzibati binasında, KOB dostu ofislərində, KOB evlərində və qurumun digər strukturlarında gündəlik iş prosesində yaxından iştirak edirlər. 2 ay davam edən könüllü fəaliyyətini müqavilə öhdəliklərinə uyğun olaraq uğurla başa vuran gənclərə KOBİA tərəfindən sertifikatlar verilir ki, bu da onların iş həyatına uğurlu keçidinə fürsət yaradır.
Könüllü fəaliyyəti həmçinin, Agentlikdə işlə təmin olunmaq üçün də imkan yaradır. KOBİA-da könüllü olmuş gənclərdən 2-si cari il ərzində, indiyədək isə ümumilikdə 14 nəfər Agentliyin müxtəlif struktur bölmələrində işlə təmin edilib.
“KOB könüllüləri” proqramına qoşulmaq istəyən gənclər KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində "KOB könüllüsü ol” bölməsində qeydiyyatdan keçməlidir. Bu bölməyə daxil olan müraciətlər dəyərləndirilir və könüllülərə dair seçim meyarlarına uyğun gələn namizədlər könüllü fəaliyyəti üçün dəvət olunurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)






