SİMA Elm və Təhsil Nazirliyinin sisteminə inteqrasiya edildi
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza dövlət qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
Artıq SİMA rəqəmsal imzanın Elm və Təhsil Nazirliyinin informasiya sistemlərinə inteqrasiyası həyata keçirilir. İlkin mərhələdə SİMA-nın nazirliyin tabeliyində olan “Ali və Orta İxtisas Təhsili Alt Sistemi” portalına inteqrasiyası yekunlaşıb.
Artıq Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələri, orta ixtisas təhsili müəssisələri, həmçinin tabeliyində ali və orta ixtisas təhsil müəssisəsi və elmi təşkilatları olan qurumların məsul şəxsləri portala daxil olarkən şəxsiyyətin eyniləşdirilməsini SİMA ilə həyata keçirəcəklər.
SİMA ilə inteqrasiyadan əvvəl qurumların mütəxəssisləri əvvəlcədən təyin edilmiş istifadəçi adı və şifr əsasında sistemə daxil olurdular. Biometrik həllərə əsaslanan SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiya nəticəsində isə sistemə giriş daha etibarlı olacaq və şəxsin bilavasitə özü tərəfindən daxil olma etibarlılığı yüksələcək.
SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Vətəndaşlar üçün ödənişsiz olan rəqəmsal imzanı əldə etmək üçün SİMA mobil tətbiqini cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “AzInTelecom”un rəsmi saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 17 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
























