Milli Depozit Mərkəzi lisenziya almadan maliyyə xidmətləri göstərə biləcək
Azərbaycanın mərkəzi depozitar (İndiki halda Milli Depozit Mərkəzi) qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlar üzrə lisenziya almadan maliyyə xidmətləri göstərə bilər.
Bu, "Qiymətli kağızlar haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmin xidmətlər aşağıdakılardır:
- investisiya şirkətləri, investisiya xidmətlərini həyata keçirən banklar, investisiya qiymətli kağızları kütləvi təklif edilən emitentlər, investisiya fondlarının depozitarları, investisiya fondlarının idarəçiləri və nominal saxlayıcılar üçün pul hesablarının açılması və aparılması;
- pul hesabları üzrə klirinq və hesablaşma xidmətlərinin göstərilməsi.
Bundan başqa, Mərkəzi depozitarın maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair ümumi tələblər və nəzarət aşağıdakı kimi müəyyən olunur:
- “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun, digər aidiyyəti normativ hüquqi aktlar və normativ xarakterli aktlar ilə öhdəlik daşıyan şəxslər üçün nəzərdə tutulan bütün tələblər mərkəzi depozitara da tətbiq olunur.
- Maliyyə xidmətləri sahəsində aparılan əməliyyatların qanunauyğunluğunu yoxlamaq məqsədi ilə Azərbaycan Mərkəzi Bankı (AMB) mərkəzi depozitardan onun idarə edilməsinə və cari fəaliyyətinə dair sənədləri, o cümlədən əməliyyat sənədlərini, mühasibat uçotu sənədlərini, habelə onlara dair izahat tələb edə və yerində yoxlamalar apara bilər.
- Mərkəzi depozitarın təqdim etdiyi maliyyə xidmətləri üzrə xidmət haqlarını AMB müəyyən edir.
- Mərkəzi depozitarın müəyyən şəxslər üçün açdığı pul hesablarında olan vəsaitlər yalnız həmin şəxslərin sərəncamına uyğun olaraq qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlar üzrə hesablaşmalar üçün istifadə edilir.
- Mərkəzi depozitarın açdığı pul hesablarında olan vəsaitlər üzrə faiz və ya hər hansı digər formada gəlir ödənilə bilməz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir


























