Fiziki şəxslər sığorta sahəsində müstəqil ekspert sertifikatı almaq üçün imtahan verəcək
Fiziki şəxslər sığorta sahəsində müstəqil ekspert sertifikatı almaq üçün imtahan verəcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Sığorta fəaliyyəti haqqında” qanuna əlavə edilməsi təklif edilən yeni – “11-1. Müstəqil ekspertlər” fəslində əksini tapıb.
Layihəyə əsasən, müstəqil ekspert sertifikatı bu qanuna uyğun olaraq müəyyən edilmiş sahələr üzrə verilir.
Fiziki şəxslər müstəqil ekspert sertifikatının əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) imtahandan keçməlidirlər.
Bu Qanununda nəzərdə tutulmuş imtahana buraxılan şəxslərə dair tələblər, imtahanın keçirilmə qaydası və müstəqil ekspert sertifikatının forması və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Müstəqil ekspert sertifikatı imtahandan keçmiş şəxslərə 5 il müddətinə verilir. Müstəqil ekspert sertifikatının müddəti bitdikdə, yeni sertifikat almaq üçün bu Qanunda nəzərdə tutulan imtahanda yenidən iştirak edilməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir


























