Trump-Zuckerberg baş-başa
ABŞ-ın sorğu şirkəti Public Policy Polling-in (PPP) sorğusuna görə, 2020-ci ildə ABŞ-da Prezident seçkisində Donald Trumpın qarşısında ən böyük rəqibi sosial şəbəkə Facebook-un İcraçı direktoru Mark Zuckerberg ola bilər.
"Növbəti seçkidə Mark Zuckerberg Demokratiya Partiyasından namizəd olsa Zuckerberg-ə, yoxsa Respublikaçıların namizədi Trump-a səs verəcəksiniz?" sualına iştirakçıların 40%-i Facebook-un CEO-sunun adını verərkən, digər 40%-i də "Trump" deyib. 20%-lik təbəqə isə əmin olmadığını deyib.
Noyabr seçkilərində Trumpın ən yaxın rəqibi Hillari Klintona səs verənlərin 69%-i isə Zuckerberg-ə səs verəcəklərini açıqlayıb. Trumpa səs verənlərdən "Zuckerberg-ə səs verərəm" deyənlərin nisbəti isə 9%-də qalıb.
836 nəfər arasında aparılan sorğunun digər bir maraqlı nəticəsi isə Zuckerberg barədə nə düşündüklərinin soruşulduğu iştirakçıların 9%-nin mənfi, 24%-nin müsbət, 47%-nin isə "əmin deyiləm" cavabını verməsi olub.
Həyat yoldaşı Priscilla Chan ilə birlikdə ABŞ-da 30 əyaləti əhatə edən bir tura çıxan Zuckerberg, rəhbərliklə məşğul olmadığını vurğulayır, turunun səbəbini "Ölkə haqqında daha geniş bir perspektiv" əldə etmək olaraq açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 d. əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
-
12 d. əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 22 d. əvvəl
- 27 d. əvvəl
-
1 saat əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Həyat sığortası üzrə ödənişlər 40%-ə yaxın artıb
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı






















