SOCAR və TPAO anlaşdı
SOCAR ilə TPAO arasında İnsan Resurslarının İnkişafına dair Anlaşma Memorandumu imzalanıb1 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) arasında İnsan Resurslarının İnkişafına dair Anlaşma Memorandumu imzalanıb.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, görüşdə Anlaşma Memorandumunun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunduğu 2023-cü ildə imzalanmasının ölkələrimiz arasında möhkəm dostluq və qardaşlıq, yüksək səviyyəli strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü olduğu vurğulanıb.
Görüş çərçivəsində TPAO nəzdində fəaliyyət göstərən Zonguldak peşə məktəbində 10 azərbaycanlı tələbənin təhsil almasından məmnunluq ifadə edilib, bu xüsusda qarşılıqlı təcrübə mübadiləsi və birgə təlimlərin təşkili ilə rəqabətədavamlı insan kapitalının gücləndirilməsinin hədəfləndiyi vurğulanıb.
Ölkəmizdə ilk xarici sərmayədarlardan biri olan TPAO şirkətinin ötən illər ərzində SOCAR-la “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Cənubi Qafqaz Boru Kəməri” kimi strateji əhəmiyyətli layihələrdə uğurla tərəfdaşlıq etdiyi, SOCAR-ın ən böyük sərmayələrinin qardaş Türkiyəyə yatırıldığı, birgə icra edilən layihələrin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafına, regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyi bildirilib.
Memorandum TPAO Akademiyası və SOCAR tərəfindən təşkil edilən təlimlərdə hər iki şirkətin əməkdaşlarının qarşılıqlı iştirakının təmin edilməsi, uzunmüddətli təcrübə proqramlarının təşkili, alternativ enerji, dekarbonizasiya, davamlı inkişaf, tədqiqat, innovasiya, həmçinin inzibati sahələrdə birgə layihə və tədbirlərin keçirilmə imkanlarının araşdırılmasını nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)






