Bəzi universitetlərdə keçid balı aşağı endirildi

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub.
Aşağıdakı cədvəllərdə həmin ixtisaslar, onların tədris olunacağı ali təhsil müəssisələri, eləcə də hər bir ixtisas qrupu üzrə ümumi müsabiqə şərtləri ilə tanış ola bilərsiniz.
Qeyd edək ki, ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək və yaxın günlərdə nəşr olunacaq “Abituriyent” jurnalının 4-cü sayında ixtisas seçimi haqqında elan, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və s. haqqında ətraflı məlumat veriləcək.
Müsabiqə şərtləri:
Aşağıdakı cədvəllərdə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):
I ixtisas qrupu üzrə:
Torpaqşünaslıq və aqrokimya | Lənkəran Dövlət Universiteti |
Meşəçilik | Lənkəran Dövlət UniversitetiQərb Universiteti |
Aqronomluq | Lənkəran Dövlət Universiteti |
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi | Naxçıvan Dövlət Universiteti |
Texnologiya müəllimliyi | Naxçıvan Dövlət UniversitetiGəncə Dövlət Universiteti |
Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi | Azərbaycan Texnologiya Universiteti |
Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi | Qərb Universiteti |
Çoxişlənən malların texnologiyası mühəndisliyi | Azərbaycan Texnologiya UniversitetiAzərbaycan Kooperasiya Universiteti |
İstehlak mallarının ekspertizası və marketinqi | Azərbaycan Texnologiya UniversitetiAzərbaycan Kooperasiya UniversitetiQərb Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti |
Poliqrafiya mühəndisliyi | Qərb Universiteti |
II ixtisas qrupu üzrə:
Marketinq | Azərbaycan Texnologiya UniversitetiMingəçevir Dövlət UniversitetiAzərbaycan Kooperasiya Universiteti Azərbaycan Universiteti Xəzər Universiteti "Odlar Yurdu" Universiteti Bakı Biznes Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti |
Kommersiya | Azərbaycan Kooperasiya Universiteti |
Regionşünaslıq (regionlar üzrə) | Qərb UniversitetiXəzər UniversitetiBakı Avrasiya Universiteti |
Turizm və otelçilik | Naxçıvan Dövlət UniversitetiGəncə Dövlət UniversitetiMingəçevir Dövlət Universiteti Lənkəran Dövlət Universiteti Bakı Dövlət Universitetinin Qazax filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı Azərbaycan Kooperasiya Universiteti Qərb Universiteti Xəzər Universiteti "Odlar Yurdu" Universiteti Naxçıvan Universiteti |
III ixtisas qrupu üzrə:
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması | Naxçıvan Dövlət UniversitetiLənkəran Dövlət Universiteti |
Sosial iş | Naxçıvan Dövlət UniversitetiGəncə Dövlət UniversitetiBakı Dövlət Universitetinin Qazax filialı Azərbaycan Universiteti Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası |
IV ixtisas qrupu üzrə:
Baytarlıq | Lənkəran Dövlət Universiteti |
Ekologiya | Lənkəran Dövlət UniversitetiAzərbaycan Kooperasiya Universiteti |
Xatırladaq ki, ixtisas qrupları üzrə ümumi müsabiqə şərtləri isə aşağıdakı formadadır:
I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
15 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
