Azərbaycan Qazaxıstanı Qazaxıstan metrologiya sahəsində Yol Xəritəsi imzaladı
Azərbaycan Metrologiya İnstitutu ilə Qazaxıstanın və Özbəkistanın Milli Metrologiya İnstitutları arasında əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi imzalanıb.Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunun nümayəndələri Astana şəhərinə səfər ediblər.
Xidmətin yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində nümayəndə heyəti Qazaxıstanda metrologiya sahəsinin 100 illiyi münasibətilə keçirilən “Ölçmələr qlobal etimadın əsası kimi” beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Konfrans çərçivəsində iştirakçı dövlətlər Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) 34-cü iclasına qoşulublar. İclasda rəqəmsal həllərin tətbiqi, ekspertlərin hazırlanması, sahə üzrə əməkdaşlıq sazişləri və yol xəritələri müzakirə edilib, iştirakçı ölkələrdə metrologiya sisteminin inkişafı üçün strategiya və tövsiyələr təklif olunub.
Tədbir zamanı Özbəkistan Milli Metrologiya və Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutları ilə Azərbaycan Metrologiya İnstitutu arasında əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritələri imzalanıb. Sənədlərə əsasən, tərəflər arasında yeni etalonların alınması, ölçmə vasitələrinin tipinin təsdiqi, sınaq və kalibrlənmə metodikalarının hazırlanması, metrologiya sahəsində resurslardan səmərəli istifadə, bilik və qabaqcıl təcrübə mübadiləsi, birgə təlimlər və digər sahələrdə əməkdaşlıqlar təşkil ediləcək.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















