ABB-nin dəstəyi ilə 5-ci Milli Kitab Sərgisi keçirilir
(®) İçərişəhərdəki Qoşa Qala meydanında 5-ci Milli Kitab Sərgisi başlanıb.
Burada 70 000-dən çox kitab 70%-dək endirimlə satışa çıxarılıb. Sərgidə kitab təqdimatları, yerli və xarici yazarlarla görüşlər, imza günləri, panel müzakirələri, poeziya axşamları da keçirilir.
Sərgidə nəşriyyatlar, yayım şirkətləri, yaradıcı təşkilatlar, əl işləri ilə məşğul olan sənətkarlar öz məhsullarını ziyarətçilərə təqdim edirlər. Belə tədbirlərin təşkilində məqsəd ölkəmizdə kitaba, mütaliəyə, biliklərə marağı artırmaq, yaradıcı istedadlara dəstəkdir.
ABB də 5-ci Milli Kitab Sərgisinə tərəfdaşlıq dəstəyi göstərir. Sərginin açılış mərasimində çıxış edən ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli bildirib ki, Vətəndaşlıq məsuliyyəti ABB-nin əsas korporativ dəyərlərindəndir: “Müxtəlif layihələrimizlə bilik və bacarıqlar qazanmaq imkanlarını hər kəsə əlçatan edirik. Bununla ölkəmizin gələcəyinə töhfə verməyə çalışırıq. İnsanları kitaba, mütaliəyə alışdırmaq bir cəmiyyətin gələcəyinə ən böyük faydadır. Ona görə ABB olaraq 5-ci Milli Kitab Sərgisinə tərəfdaşlıq dəstəyi göstəririk”.
Sərgidə ABB-nin xüsusi stendi var. Ziyarətçilər burada Bankın məhsul və xidmətləri ilə də tanış ola bilirlər. Sərgi 4 iyuna qədər davam edəcək. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə sərginin körpə ziyarətçilərini maraqlı sürprizlər gözləyir. Sərgiyə giriş ödənişsizdir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
51 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
52 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)







.jpg)









