Banklarda əmanəti olanlar 4 ayda 190,5 milyon manat qazanıblar
2023-cü ilin ilk 4 ayında (yanvar-aprel) banklar tərəfindən əmanətçilərə depozitlər üzrə 190,5 milyon manatlıq faizlər ödənilib.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə depozitlər üzrə ödənilən faizlər 56,2 milyon manat və ya 41,8% artıb. Ötən ilin eyni dövründə banklar əmanətçilərə 134,3 milyon manat depozitlər üzrə faizlər ödəmişdi.
O cümlədən, 2023-cü ilin ilk 4 ayında müddətli depozitlər üzrə ödənilmiş faizlər 115,6 milyon manat olub.
Aprel ayında əmanət sahiblərinə 47,7 milyon manat faizlər ödənilib.
Qeyd edək ki, 2022-ci ildə əmanətçilərə 459 milyon manat depozit faizləri, o cümlədən 418,7 milyon manat müddətli depozit faizləri ödənlmişdi.
2023-cü ilin yanavar-aprel dövründə bankların faiz gəlirləri 1 milyard 97 milyon 100 min manata, qeyri-faiz gəlirləri isə 374 milyon 935 min manat təşkil edib.
01.05.2023-cü il tarixində əhalinin əmanətləri 12 milyard 211.6 milyon manat təşkil edib. Aprel ayında əhalinin cəmi əmanətləri 247,2 milyon manat artıb.
Əhalinin cəmi əmanətləri yanvarın əvvəlində 11 milyard 743 milyon manata, aprelin əvvəlində isə 11 milyard 964.4 milyon manata çatmışdı.
2023-cü ilin ilk 4 ayı ərzində əhalinin cəmi əmanətləri 468,6 milyon manat artıb.
Əhalinin əmanətlərinin 6 milyard 376,2 milyon manatını müddətli, 5 milyard 579,2 milyon manatını tələbli əmanətlər təşkil edib. Apreldə müddətli əmanətlər 64,8 milyon manat, tələbli əmanətlər isə 171,2 milyon manat artıb. 2023-cü ilin ilk 4 ayında isə müddətli əmanətlər 172,1 milyon manat, tələbli əmanətlər isə 300,4 milyon manat artıb.
Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri ilk 4 ayda (yanvar-aprel) 3,8 milyon manat azalıb, aprel ayında isə 11,3 milyon manat artıb.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
-
39 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti



























