SOCAR-ın müəssisəsi “Caspian Innovation Center”in yeni ofisinin açılışı olub
SOCAR-ın müəssisəsi “Caspian Innovation Center”in (CIC) yeni ofisinin açılışı olub.
SOCAR-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti və digər rəsmi şəxslər iştirak ediblər.
Yeni ofislə tanış olan nümayəndə heyətinə burada yaradılan şərait barədə məlumat verilib.
Daha sonra SOCAR nümayəndə heyətinin CIC əməkdaşları ilə görüşü olub. Görüşdə CIC tərəfindən icra edilən layihələr barədə təqdimatlar edilib və müzakirələr aparılıb.
Müasir tələblərə cavab verən ofisdə işçi heyəti üçün geniş iş, görüş və iclas otaqları fəaliyyət göstərir.
"Caspian Innovation Center" şirkəti 2017-ci ildə Azərbaycanın qlobal brendi olan SOCAR və dünyanın nəhəng İT şirkətlərindən biri olan IBM tərəfindən əsası qoyulmuş birgə müəssisədir. Şirkətin yaradılmasında məqsəd ölkəmizdə və ölkədən kənar regionlarda dünyada gedən rəqəmsal transformasiya prosesini uğurla həyata keçirərək iqtisadiyyatımızın inkişafına töhfə verməkdir. İnnovativ həll yolları vasitəsilə rəqəmsal transformasiya prosesini şirkətlərdə sürətləndirmək və onların dünya bazarında müasir tələblərə cavab verən və rəqabətə davamlı şəkildə fəaliyyət göstərməsini təmin etmək əsas vəzifələrimizdəndir.
Şirkətin əsas fəaliyyət istiqamətləri biznesin transformasiyası sahəsində yol xəritələrini təyin edərək müxtəlif növ proqram təminatlarının tətbiq olunması, mövcud və yeni tətbiq olunmuş proqram təminatlarına texniki dəstəyin göstərilməsi, Biznes Resursların Planlaşdırılması platformalarının SAP üzərində qurulması, elektron sənəd dövriyyəsinin tətbiqi, İT infrastrukturlarının qurulması və dəstək xidmətinin göstərilməsi kimi əsas istiqamətlərdən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















