İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün nəzərdə tutulan güzəştlərə dair maarifləndirmə tədbiri keçirilib
Zəngilan rayonunun Ağalı kəndində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında fəaliyyət göstərəcək biznes subyektləri ilə keçirilən görüş çərçivəsində sahibkarlar işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən dövlət dəstəyi, o cümlədən vergi və digər güzəştlər, habelə regionun mövcud investisiya imkanları barədə məlumatlandırılıb.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və 50-dən çox sahibkar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, Azərbaycanda sahibkarlığın əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. O, həmçinin dövlət başçısı İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə aparılması üçün hədəflərin müəyyənləşdirildiyini və müvafiq tapşırıqların verildiyini qeyd edib: “Hazırda bu istiqamətdə işlər uğurla həyata keçirilir. Əminik ki, sahibkarlarımızın bu ərazilərə yatırdığı investisiyalar bərpa-quruculuq işlərini sürətləndirməklə yanaşı, bölgəyə qayıdacaq əhalinin rifahının daha da yaxşılaşdırılması üçün yeni iş imkanları yaradacaq. Biz bu istiqamətdə sahibkarlar üçün hər bir şəraiti yaratmağa, həmçinin bütün tərəfdaşlarla birgə işləməyə hazırıq. Sahibkarları işğaldan azad edilmiş ərazilərimizin bərpasında və inkişafında fəal olmağa dəvət edirik".
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün tətbiq olunan stimullaşdırıcı dəstək mexanizmləri və güzəştlər barədə danışıb. Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərimizdə müasir sosial infrastruktur, həmçinin DOST xidmətləri şəbəkəsinin qurulması istiqamətində tədbirlərin başlanğıcı olaraq 2022-ci ilin mayında Ağalıda ilk “Smart DOST” xidmət məntəqəsi açılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən 2023-2026-cı illərdə həmin ərazilərdə DOST mərkəzi və filiallları, peşə hazırlığı və reabilitasiya obyektləri yaradılacaq. Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərində aktiv məşğulluq proqramları icra edilir, sakinlərin məşğulluğunun təmin edilməsi, özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatların yaradılması və peşə hazırlığının təşkili istiqamətində də işlər görülür.
KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov işğaldan azad edilmiş ərazilərə yerli və xarici iş adamlarının marağının artdığını, bu ərazilərdə biznes qurmaq və investisiya yatırmaq üçün sahibkarlardan xeyli müraciətlərin daxil olduğunu qeyd edib. Eyni zamanda Ağalıda KOB dostunun fəaliyyəti, regionda sahibkarlığın qurulması və özünüməşğulluğun təmin edilməsi üçün KOBİA-nın gördüyü işlər və dəstək tədbirləri barədə məlumat verib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov işğaldan azad olunmuş ərazilərdə gömrük postlarının fəaliyyətinin təşkili istiqamətində görülən işlər barədə məlumat verib, bu ərazilər üzrə idxalı gömrük rüsumlarından azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısının hazırlandığını diqqətə çatdırıb.
Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri işğaldan azad olunmuş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlıq subyektləri üçün nəzərdə tutulan vergi, sosial sığorta, kommunal xidmətlər üzrə və digər güzəştlər, Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı barədə məlumat verib, sahibkarların sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
31 d. əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
-
- 40 d. əvvəl
-
44 d. əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə





















