"Həyat sığortası ilə kredit götürmüş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz"
Son günlər əsas müzakirə mövzusu Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələrinin ödəyəcəyi ilə bağlı qərardır. Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında bununla bağlı qərar qəbul edən Konstitusiya Məhkəməsinin bu addımı cəmiyyətdə birmənalı qarşılanmayıb.
Qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq borclunun ölümündən sonra vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, Mülki Məcəllə və "İpoteka haqqında" qanuna uyğun olaraq əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
Bu mövzu ətrafında xeyli suallar yaransa da ən çox maraq doğuran məsələ sığortalı kreditləri də varislərin ödəyib-ödəməyəcəyidir. Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz: "Həyat sığortasının əsas özəlliyi məhz borclanan dünyasını dəyişərsə, qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir. Sığortalanan dünyasını dəyişən zaman bu öhdəliklər də qarşılanır. Bu baxımdan, əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa, o halda varisdən heç bir ödəniş tələb edilə bilməz. Borclanan həyat sığortası üzrə, həmçinin ona görə ödəniş edir ki, dünyasını dəyişərsə varisindən vəsait tələb olunmasın.
Qeyd etmək lazımdır ki, indi hətta daxili ipoteka kreditlərinin böyük əksəriyyətində də həyat sığortası əsas şərtlərdəndir. Bu baxımdan, nəinki İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditləri, hətta daxili kreditlər üzrə də sığorta varsa, o zaman da varisə heç bir öhdəlik düşmür. Qalan məbləğ sığorta şirkəti tərəfindən qarşılanır. Yəni həyat sığortasından istifadə varisin məcburi öhdəliklərdən xilas olması deməkdir".
© "Respublika" qəzeti
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
























