"Vergi Məcəlləsində dəyişikliklər büdcəni doldurmaq üçün nəzərdə tutulmayıb"
"Bu il Vergilər Nazirliyi proqnoz tapşırığa tam əməl edəcək".
Bunu bu gün Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, Vergilər Nazirliyinin xətti ilə bu il büdcəyə 7 mlrd. 5 milyon manat vəsait toplanmalıdır: "Bu il vergi orqanlarının əməkdaşlarının gərgin əməyi nəticəsində proqnoz tapşırığa tam əməl olunacağına ümid edirik. Gələn il üçün Vergilər Nazirliyinin xətti ilə 7 milyard 510 milyon manat vəsait toplanmalıdır. Yəni, builki proqnozdan 500 milyon manat çox vəsait toplanacaq. Biz bu proqnoz tapşırığa da əməl etməyə çalışacağıq. Vergi Məcəlləsində dəyişikliklər büdcəni doldurmaq üçün nəzərdə tutulmayıb. Vergilər Məcəlləsində 8 maddə məhz güzəşt və azadolma ilə bağlıdır. Optimist olmaq lazımdır. İqtisadiyyatda müşahidə olunan çətinliklər yaxın 1-2 ildə tam aradan qaldırılacaq. Azərbaycanda sürətli inkişaf gözlənilir. Beynəlxalq təşkilatlar da bunu bəyan ediblər".
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 d. əvvəl
-
- 27 d. əvvəl
-
45 d. əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
48 d. əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 1 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
16 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb
İran qida məhsullarının ixracını qadağan edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!


























