5 milyard dollarlıq "Taxt Oyunları"
Yayımlandığı gündən bəri ssenarisi, xarakterləri və musiqiləri ilə maraq doğuran, dünya şöhrətli "Game of Thrones" (Taxt Oyunları) serialı yaratdığı iqtisadiyyat ilə də diqqət çəkir.
"Marja"nın məlumatına görə, ABŞ-ın HBO kanalının 2011-ci ildə tamaşaçılara təqdim etdiyi serial, hazırda 170 ölkədə yayımlanır. Setial HBO-nun gəlirlərini son beş il ərzində 35 faiz artımla 5 milyard dollara yüksəldib.
Bu il daha yüksək gəlir əldə etməsi gözlənilən ABŞ kanalının, 2017-nin ilk rübündəki gəlirləri 22 faiz artıb və 1.6 milyard dollar təşkil edib.
Çəkilişləri 3 qitədə aparılan serialın bir hissəsinin xərci bu il 66 faiz artımla 10 milyon dollara çıxıb.
İlk mövsümündən bəri tamaşaçı sayını 147 faiz artıran "Game of Thrones", 2016-ci ildə 23 milyon insan tərəfindən seyr edilib. HBO-nun onlayn abunə sayı son 5 il ərzində 44 faiz artımla təxminən 1 milyon nəfərə çatıb.
MAAŞDA TAXTI ƏLƏ KEÇİRDİLƏR
"Game of Thrones"un aktyorları serialın bir hissəsinə (bölümünə) aldıqları maaşla rekord qırıblar. Serialın 5 baş rol oyunçusu, bu mövsüm bir bölümə təxminən 2.6 milyon dollar maaş alacaqlar. Beləliklə, serialda taxt mübarizəsi aparan aktyorlar, televiziya tarixinin rekordu olan və son mövsümündə 1 milyon dollar maaş alan "Friends"in oyunçularını taxtından salıblar. Bu mövsüm 7, gələn mövsüm 6 hissədən ibarət olacağı açıqlanan serialının aktyorları, ümumilikdə 34 milyon dollar qazanc əldə edəcəklər.
SSENARİNİ YAZAN 15 MİLYON DOLLAR QAZANIR
Serialının ssenarisini yazan "Buz və Alovun Mahnısı" (A Sonq of Fire and Ice) kitabının müəllifi Corc R.R. Martinin, HBO ilə illik 15 milyon dollarlıq müqaviləsi var. 68 yaşlı ABŞ-lı yazıçı, kitabın digər gəlirlərindən də 10 milyon dollar gəlir götürür.
2011-də ilk mövsümünü 9.3 milyon insanın seyr etdiyi "Game of Thrones"ı, 2016-da rəsmi rəqəmlərə görə, 23 milyon nəfər izləyib. Serialın yeni hissələrini təkcə ABŞ-da 10 milyon insanın pirat saytlardan izləyəcəyi ehtimal edilir.
SƏHNƏLƏRİN ÇƏKİLDİYİ ÖLKƏLƏRƏ TURİST AXIR
"Game of Thrones", səhnələrinin çəkildiyi ölkələrə də əhəmiyyətli töhfə verib. İslandiya, İspaniya, Xorvatiya və Şimali İrlandiyaya səfər edən turistlərin sayı artıb. "Tortdan" ən böyük payı götürən Şimali İrlandiyda Belfastda çəkilən səhnələr sayəsində 100 milyon dollar qazanıb. Xorvatiyanın, Dubrovnik və Split başda olmaq üzrə müxtəlif yerlərində çəkilən səhnələr, Balkan ölkəsinə illik 10 faiz artımla 12 milyon turist cəlb edib. Yalnız Dubrovnik illik 10 milyon dollar əlavə gəlir əldə edib.
Çəkilişləri İslandiyada keçirilən səhnələr isə İslandiya hotellərinin onlayn tətil səhifələrindəki axtarış nisbətini 250 faiz artırıb və 330 min əhalili ölkəyə 1.3 milyon turist gətirib. Məşhur serial, İspaniyanın cənubundakı 18 min əhalili Osuna kəndində turist sayını 75% artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
2 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
2 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
3 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı

























