Trendyol-a xaricdən ən çox sifariş Azərbaycandan verilib
Mayın 3-də Trendyol-un Azərbaycan internet saytı açılacaq."Keçən il xaricdən Trendyol-a verilən sifarişlərə nəzər saldıqda, Azərbaycan birinci yerdədir".
Marja.az xəbər verir ki, bunu Trendyol Qrupunun prezidenti Çağlayan Çətin bildirib.
O qeyd edib ki, bundan əlavə, Trendyol 2022-ci ildə Azərbaycanda ən çox yüklənən proqramlardan biri olub.
Qeyd edək ki, Azərbaycan şirkəti "PAŞA Holding" Trendyol ilə müqavilə bağlayıb.
Qrupunun prezidenti Çağlayan Çətin qeyd edib ki, "PAŞA Holding" ilə əməkdaşlıq çərçivəsində mayın 3-dən etibarən Azərbaycan internet saytlarının açılacağını bildirib.
"Platforma Türkiyə və Azərbaycan istehsalçılarını, satıcılarını və müştərilərini bir araya gətirməyə xidmət edəcək və beləliklə, hər iki ölkənin maraqlarına xidmət edən ilk ekosistem olacaq. Odur ki, biz strateji tərəfdaşlığımızın uğuruna və onun qardaş ölkəmiz Azərbaycana göstərəcəyi müsbət təsirə inanırıq” – Çağlayan Çetin vurğulayıb.
Qeyd edək ki, Trendyol və PAŞA Holding Azərbaycanda e-ticarət xidmətlərinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər.
2010-cu ildə qurulan Trendyol, Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 17 d. əvvəl
-
- 33 d. əvvəl
-
35 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
3 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti




















