Azərbaycanda 100% xarici kapitallı bankın vəziyyəti məlum oldu
"AccessBank" QSC 2023-cü ilin ilk rübünü 5 milyon 460 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 803 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AccessBank"ın xalis mənfəəti 2023-ci ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 6,8 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Marja.az xəvbər verir ki, "AccessBank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2023-cü ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 14 milyon 444 min manat və ya 44,4% artaraq 46 milyon 931 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) isə 6 milyon 216 min manat və ya 20,6% artaraq 36 milyon 325 min manat təşkil edib. 2022-ci ilin ilk rübündə Bankın cəmi əməliyyat gəlirləri 32 milyon 487 min manat, cəmi əməliyyat xərcləri 30 milyon 109 min manat təşkil etmişdi.
"AccessBank"ın 2023-cü ilin ilk rübündə 10 milyon 606 min manat əməliyyat mənfəətindən 5 milyon 146 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Bank 2022-ci ilin ilk rübündə 2 milyon 378 min manat əməliyyat mənfəətindən 1 milyon 575 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı. İlk rübdə Bankın əməliyyat mənfəəti 4,5 dəfə artıb. Əgər ehtiyata ayırma 3,3 dəfə artmasaydı, "AccessBank"ın xalis mənfəəti daha böyük məbləğdə olardı.
AKTİVLƏRİ 90 MİLYON MANATDAN ÇOX ARTIB
2022-ci ilin sonu ilə müqayisədə ilk rübdə "AccessBank"ın cəmi aktivləri 90 milyon 985 min manat artaraq 1 milyard 259 milyon 840 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 64 milyon 361 min manat artaraq 877 milyon 910 min manata çatıb. Ötən ilin sonunda Bankın cəmi aktivləri 1 milyard 168 milyon 855 min manat, o cümlədən kredit portfeli 813 milyon 549 min manat təşkil etmişdi.
2022-ci ilin sonu ilə müqayisədə ilk rübdə "AccessBank"ın istehlak kreditləri portfeli 24 milyon 503 min manat artaraq 198 milyon 718 min manata, biznes kreditləri portfeli 39 milyon 999 min manat artaraq 674 milyon 16 min manata yüksəlib, ipoteka kreditləri portfeli isə 141 min manat azalaraq 5 milyon 176 min manata düşüb.
DEPOZİT PORTFELİ 1 MİLYARD MANATA YAXINLAŞIB
İlk rübdə "AccessBank"da depozitlər 88 milyon 710 min manat artaraq 948 milyon 764 min manata, o cümldən fiziki şəxslərin depozitləri 31 milyon 724 min manat artaraq 750 milyon 737 min manata, hüquqi şəxslərin depozitləri 56 milyon 986 min manat artaraq 198 milyon 27 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2023-cü il tarixində "AccessBank" 107 milyon 598 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 101 milyon 130 min manat məcmu kapitala malik idi.
100% xarici kapitallı "AccessBank"ın səhmdarları 11 xarici qurumdur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 12 saat sonra
-
-
4 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
5 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























