Beynəlxalq Bankın ipoteka kreditləri portfeli 1 milyard manata yaxınlaşıb

2023-cü ilin 1-ci rübü ərzində (yanvar-mart) aktivlərinin həcmi üzrə Azərbaycanın ən böyük bankı olan "ABB" ASC-nin (Azərbaycan Beynəlxalq Bankı) kredit portfeli (müştərilərə verilmiş kreditlər) 64 milyon 249 min manat və ya 1,8% artaraq 31 Mart 2023-cü il tarixində 3 milyard 594 milyon 831 min manata çatıb. 2022-ci ilin sonunda Bankın kredit potfeli 3 milyard 530 milyon 582 min manat təşkil etmişdi.
Marja.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ilk rübdə "ABB"nin istehlak kreditləri portfeli 74 milyon 884 min manat artaraq 1 milyard 47 milyon 592 min manata yüksəlib.
"ABB"nin biznes kreditləri portfeli isə 64 milyon 382 min manat azalaraq 1 milyard 573 milyon 555 min manata düşüb.
İlk rüb ərzində Bankın ipoteka kreditləri portfeli 53 milyon 747 min manat aratraq 973 milyon 684 min manata yüksəlib.
31 mart 2023-cü il tarixində "ABB"nin xalis kredit portfeli (313 milyon 419 min manatlıq mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric) 3 milyard 281 milyon 412 min manat olub. 2022-ci ilin sonunda Bankın xalis kredit portfeli 3 milyard 237 milyon 741 min manat idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
-
6 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
7 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
